Litvada koronavirusa yoluxanların sayı 255 nəfərə çatıb


Dünya 25 Mar 2020 23:39:00 174 0

Litvada koronavirusa yoluxanların sayı 255 nəfərə çatıb

Litvada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı 46 nəfər artaraq 255-ə çatıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Litvanın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 3471 nəfər müayinə olunub.

Nazirliyin məlumatına əsasən, son sutka ərzində COVID-19 virusuna görə 737 nəfərin analizinin 46-nın nəticəsi müsbət çıxıb.

Virusa yeni yoluxma hallarının artacağı istisna olunmur.