Uxanda ictimai nəqliyyatın hərəkəti qismən bərpa olunub


Dünya 25 Mar 2020 23:20:00 78 0

Uxanda ictimai nəqliyyatın hərəkəti qismən bərpa olunub

Yeni növ koronavirusun (COVID-19) yayılmağa başladığı Çinin Xubey vilayətinin inzibati mərkəzi olan Uxan şəhərində 9 həftəlik fasilədən sonra ictimai nəqliyyatın hərəkəti qismən bərpa olunub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, koronavirusun sürətlə yayılmağa başladığı dövrdə - yanvarın 24-də Uxan şəhərində ən yuxarı səviyyədə fövqəladə hazırlıq vəziyyətinin elan olunması ilə əlaqədar şəhərdə bütün növ ictimai nəqliyyatın hərəkəti dayandırılmışdı. Son günlər Çində virusa yoluxma hallarının xeyli azalması, əvvəllər yoluxmuş xəstələrin böyük hissəsinin sağalması ölkədə epidemik vəziyyəti yaxşılaşdırıb. Bunu nəzərə alan şəhər hökuməti martın 25-dən şəhərdə ictimai nəqliyyatın hərəkətinin bərpasına qərar verib. Şəhərdəki 117 avtobus marşrutu üzrə avtobusların 30 faizi xəttə buraxılıb. Hər bir avtobusa təhkim olunmuş sağlamlıq nəzarətçisi şəhər sakinlərinin COVID-19 xəstəsi olub-olmamasına dair məlumatların toplandığı xüsusi mobil tətbiqdə sərnişinlərin QR kodunu yoxladıqdan sonra onları avtobusa minməyə icazə verir. Mobil tətbiqdə haqqında məlumat olmayan şəxslər evlər idarəsindən sağlamlıq vəziyyətinə dair arayış təqdim etməlidirlər. Sürücülər və sağlamlıq nəzarətçilərinin özlərinin hər gün tibbi müayinəsi aparılacaq, nəqliyyat vasitələri dezinfeksiya ediləcək. Sərnişinlərin, habelə sürücü və nəzarətçilərin maska taxması məcburidir.

Martın 28-dən etibarən Uxanda metro qatarlarının hərəkəti bərpa olunacaq. Həmin gün 6 metro xətti üzrə qatarlar sərnişin daşınmasına başlayacaq. Metro sərnişinlərinin sağlamlıq vəziyyəti avtobuslarda olduğu kimi yoxlanılacaq.

Qeyd edək ki, martın 25-dən başlayaraq Uxan şəhəri istisna olmaqla Xubey vilayətindən kənara və əks istiqamətdə nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb. Uxan şəhərindən kənara və əks istiqamətdə nəqliyyatın hərəkətinin isə aprelin 8-də açılması nəzərdə tutulub.

Vüsal Kərimli parklarda gəzənlərə səsləndi: Bayram tətili deyil, sosial izolyasiyadır  VİDEO like
  • 25 Mar 23:15  
Digərləri Vüsal Kərimli parklarda gəzənlərə səsləndi: Bayram tətili deyil, sosial izolyasiyadır VİDEO

Bakının metro stansiyaları istiqamətində xüsusi ekspress marşrut xətlər

arrow Ətraflı
Misirdə koronavirusdan ölənlərin sayı 20 nəfərə çatıb like
  • 25 Mar 23:10  
Dünya Misirdə koronavirusdan ölənlərin sayı 20 nəfərə çatıb

Misirdə koronavirusdan ölənlərin sayı 20 nəfərə çatıb. Martın 24-də

arrow Ətraflı
Deputatın gənc qohumu koronavirusdan öldü  Türkiyədə like
  • 25 Mar 23:05  
Dünya Deputatın gənc qohumu koronavirusdan öldü Türkiyədə

Türkiyəli deputatın yaxın qohumu koronavirusa məğlub olub.

arrow Ətraflı
"Koronavirus bütün bəşəriyyəti təhdid edir və..." like
  • 25 Mar 23:00  
Dünya "Koronavirus bütün bəşəriyyəti təhdid edir və..."

Birləşmiş Millətlər Təşkilatı (BMT) yeni növ koronavirusa qarşı müba

arrow Ətraflı
Fransada ictimaiyyətə həyəcanlı çağırışlar edilib  FOTO like
  • 25 Mar 22:55  
Dünya Fransada ictimaiyyətə həyəcanlı çağırışlar edilib FOTO

Ağır vəziyyətdə olan xəstələri xilas etmək üçün onların hər biri b

arrow Ətraflı
Azərbaycanda kommunal ödənişlər ləğv oluna bilər  RƏSMİ like
  • 25 Mar 22:49  
Digərləri Azərbaycanda kommunal ödənişlər ləğv oluna bilər RƏSMİ

"Aprelin əvvəlində əhaliyə ediləcək güzəştlərlə bağlı təklif

arrow Ətraflı
Məhbusların koronavirusa yoluxması xəbərləri ilə bağlı rəsmi açıqlama like
  • 25 Mar 22:48  
Sosial Məhbusların koronavirusa yoluxması xəbərləri ilə bağlı rəsmi açıqlama

​Penitensiar Xidmət penitensiar müəssisələrdə məhbusların koronavirusa

arrow Ətraflı
Malayziyada koronavirusa görə hərəkətə nəzarət müddəti uzadılıb like
  • 25 Mar 22:44  
Dünya Malayziyada koronavirusa görə hərəkətə nəzarət müddəti uzadılıb

Malayziya hökuməti yeni koronavirusun yayılması ilə əlaqədar hərəkətə

arrow Ətraflı
Gürcüstanda koronavirusa yoluxanların sayı artıb like
  • 25 Mar 22:40  
Dünya Gürcüstanda koronavirusa yoluxanların sayı artıb

Gürcüstanda yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 75 nəfər

arrow Ətraflı
Türkiyədə koronavirusla bağlı yalan məlumatlar yaymaqda şübhəli bilinən 410 nəfər saxlanılıb like
  • 25 Mar 22:35  
Dünya Türkiyədə koronavirusla bağlı yalan məlumatlar yaymaqda şübhəli bilinən 410 nəfər saxlanılıb

Türkiyədə koronavirusla bağlı sosial media hesablarında əsassız və yala

arrow Ətraflı
ABŞ-da koronavirusa yoluxanların sayı 60 min nəfəri ötdü like
  • 25 Mar 22:33  
Dünya ABŞ-da koronavirusa yoluxanların sayı 60 min nəfəri ötdü

ABŞ-da COVID-19 infeksiyasına&yoluxma ilə bağlı təsdiq edilmiş halların

arrow Ətraflı
Koronavirusdan ölənlərin sayı 20 mini keçdi like
  • 25 Mar 22:30  
Dünya Koronavirusdan ölənlərin sayı 20 mini keçdi

Yeni tip koronavirus epidemiyası səbəbindən ölənlərin sayı dünya üzrə

arrow Ətraflı
Qaraciyərinizdə yaşayan 5 parazit  Əlamətlər like
  • 25 Mar 22:15  
Digərləri Qaraciyərinizdə yaşayan 5 parazit Əlamətlər

Qaraciyər də parazitlərin məskunlaşıb özünə yuva qurub çoxala biləcə

arrow Ətraflı
Tailandın aviasiya şirkətləri beynəlxalq uçuşlarını dayandırır like
  • 25 Mar 22:10  
Dünya Tailandın aviasiya şirkətləri beynəlxalq uçuşlarını dayandırır

Tailandın ən böyük aviasiya şirkəti olan "Thai Airways İnternational

arrow Ətraflı