Qaraciyərinizdə yaşayan 5 parazit Əlamətlər


Digərləri 25 Mar 2020 22:15:00 212 0

Qaraciyərinizdə yaşayan 5 parazit  Əlamətlər

Qaraciyər də parazitlərin məskunlaşıb özünə yuva qurub çoxala biləcəyi bir orqandır. Daim qan axınına məruz qalır, müdafiə mexanizmi yoxdur, qida maddələri və qanla bura parazitlər gəlib çıxır.

Son.az medicina.az-a istinadən qaraciyərdə rast gəlinən, tapılan və bir sıra problemlər yaradan 5 qurdu təqdim edir.

Qaraciyərdə qurd olduğunun əlamətləri:

- Dəridə, qarın, kürək, qollarda çoxlu səpkilər, ləkələr, çillər, qaşınma - İştahsızlıq və arıqlama - Dırnaqların laylanıb qopması - Saçların yuvalı keçəlləşməsi

- Xroniki yorğunluq, halsızlıq - Sağ qabırğaaltında gecə-gündüz küt sancı, ağrı - Ağızdan pis qoxu - Həzmin pozulması

Qurdlar: 1. Exinokokk

İnsana daha çox ev heyvanları, küçə heyvanları, mal-qara, itlərdən keçir. Bu heyvanların ağız suyu, nəcis və sidiyi ilə kirlənmiş su və qidanın qəbulu ilə qurd yumurtaları orqanizmə düşür. 70% hallarda exinokokk məhz qaraciyərdə olur. Qurd sürvələri orda xüsusi kapsul, kisə yaradır, bu evdə topa halda yaşayıb çoxalırlar. Getdikcə bu topalar böyüyür, kist kimi Uzi müayinəsində görülür. Bəzən bu yuvalar top boyda olur. Yeganə müalicə yolu əməliyyatla xaric edilməsidir

2. Askarid qurdları

Çox yayılan qurddur. Orqanizmdə allergik reaksiyalar yaradıb, müxtəlif orqan və toxumalarda eozinofol infiltrasiyasını çoxaldır.

Nazik bağırsaqda böyüyən qurdlar sərbəst axınla qaraciyərə keçir, orda topa şəklində yığılır. Tromboz, abses, sarılıq əlamətləri verir.

3. Şistosomatoz

Dəri vasitəsilə, yara, çapıq və eroziyalardan sıyrılıb orqanizmə düşür. Qaraciyərə qan dövranı ilə düşür, ətrafında iltihabi bir kapsul yaradır, qaraciyər toxumasında fibroza səbəb olur, hətta sirroza kimi gətirib çıxara bilər.