Pakistanda koronavirusa yoluxanların sayı min nəfəri keçib


Dünya 25 Mar 2020 21:41:00 122 0

Pakistanda koronavirusa yoluxanların sayı min nəfəri keçib

Pakistanda yeni növ koronavirusa yoluxanların sayı min nəfəri keçib. Martın 23-də bu rəqəm 799 olub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Sind əyalətində 413 adam bu virusa yoluxub. Pəncabda 296, Bəlucistanda 115, Qilqit-Baltistanda 81, Xayber-Paxtunxvada 78, İslamabadda 16 adam virusa tutulub. Ölkə üzrə 7 nəfər koronavirusdan ölüb.

Martın 25-dən yük təyyarələri və xüsusi reylər istisna olmaqla, ölkədaxili aviareyslər, dəmir yolu və ictimai nəqliyyatın hərəkəti dayandırılıb.