Həkimdermatonevroloq: Dəri vərəmi tam müalicə olunur


Digərləri 25 Mar 2020 21:50:00 46 0

Həkimdermatonevroloq: Dəri vərəmi tam müalicə olunur

Dərinin mikrobakteriyalar ilə törənən bakterial infeksiyalarından biri dəri vərəmidir. Dəri vərəminin epidemioloji olaraq dünyanın çox ölkələrdə yayılması müşahidə olunur. Məlumatlara görə, hər il dünyada 0,3-0,5 milyon insan dəri vərəmi ilə xəstələnir. Xəstələnmə hallarının əksəriyyəti Afrika, Asiya, Latın Amerikasında qeydə alınır. Avropada dəri vərəminə daha çox uşaq və qadınlarda rast gəlinir. Dəri vərəmi Azərbaycanda da qeydə alınır.

Son.az bildirir ki, bu barədə AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin dermatonevrologiya kafedrasının dosenti, həkim-dermatonevroloq Səbinə Əhmədova məlumat verib.

"Xəstəliyin infeksiya mənbəyi xəstə insan və mal-qara ola bilər. Dəri vərəminin xüsusi yoluxma yolları dərinin hər hansı bir əşya, endogen yollar, limfa və qan damarları vasitəsilə birbaşa zədələnməsi vasitəsilə mümkündür. Bununla yanaşı, xəstəlik vərəmlə zədələnmiş qonşu orqanlardan, limfa düyünlərdən, oynaq və sümüklərdən də hamar dəriyə keçə bilər. Digər yoluxma yolu vərəmlə zədələnmiş orqanların ifrazatı - bəlğəm, sidik və nəcis vasitəsilə mümkündür. Orqanizm zəif deyilsə, dəri vərəminə yoluxmamaq olar. Orqanizmin zəifləməsi, immunitetin düşməsi, sosial məişət şəraitinin aşağı olması, əlverişsiz iqlim şəraiti, yüksək rütubət, aşağı temperatur, istehsalatda sanitar normalara əməl edilməməsi, orqanizmin vitamin disbalansı, damar pozuntuları dəri vərəminin əmələ gəlməsinə şərait yaradan amillər sırasındadır. Mikobakteriya tüberklyozis törədicisidir. Uzun müddət nəm mühitdə qala bilər. Onun hamar dəriyə düşməsi vərəmin yaranması üçün şərt deyil. Lakin yoluxma üçün əlverişli şəraitin olması mütləqdir. Bildiyimiz kimi bilək nahiyəyə vurulan dərialtı tüberkulin, yəni mantı sınağı 72 saatdan sonra qiymətləndirilir. Əgər, qızarma olmasa nəticə mənfi, 2-4 millimetr diametri olan papula yaranarsa, nəticə şübhəli, papulanın diametri 5 millimetrdən böyük olarsa, nəticə müsbətdir. Hipoallergik vərəmdə papulanın diametri 1,5-2 santimetrə qədər ola bilir", - deyə mütəxəssis diqqətə çatdırıb. Həkim-dermatonevroloqun sözlərinə görə, dəri vərəminin müxtəlif formaları var: lokal, disseminə olunmuş və sair. Bu formaların özünün məhz qadınlara, uşaqlara, kişilərə məxsus növləri mövcuddur: "Dəridə səpki elementi dəri qranilyoması, tüberkulyoma yaxud lüpoma adlandırılır. Dəri vərəmindən söhbət getdikdə vərəm qurd eşənəyi yada düşür. Onun bir neçə növü var. Yastı, sürünən, psoriazabənzər, impegitinioz, qartmaqlı forma, mutelyasiyaedici və sair.

Kollikviativ dəri vərəmi - skrofuloderma ən çox qadınlara və uşaqlara məxsusdur. Kişilərdə daha çox rast gəlinən ziyilli dəri vərəmi qollarda, əllərdə, əl və ayaq barmaqlarında qeydə alınır. Milyar-xoralı dəri vərəmi xəstəliyin hamar dəridən bilavasitə selikli qişalara keçən formasıdır və yaşlılarda aşkarlanır.

Papulonekrotik dəri vərəmi daha çox cavan qadınlarda rast gəlinir və lokalizasiyası aşağı ətraflardır. İndurativ dəri vərəmi də əsasən qadınlara məxsusdur və lokalizasiyası baldırlardır. Lixenoid dəri vərəmi yeniyetmələrdə və uşaqlarda müşahidə olunur. Lokalizasiyası bədən, əksər hallarda yan, bəzi hallarda üz ola bilər. Üzün disseminə olunmuş milyar vərəmi ən çox yaşlılarda qeydə alınır.

Gürcüstanda koronavirusa yoluxanların sayı artdı like
  • 25 Mar 21:47  
Dünya Gürcüstanda koronavirusa yoluxanların sayı artdı

Gürcüstanda daha iki şəxsin koronavirusa yoluxduğu müəyyən olunub.

arrow Ətraflı
Hər 15 dəqiqədən bir qurtum su  Həkimlərdən yeni məsləhətlər like
  • 25 Mar 21:45  
Digərləri Hər 15 dəqiqədən bir qurtum su Həkimlərdən yeni məsləhətlər

Hal-hazırda pandemiya şəraitində hamını düşündürən və narahat edən

arrow Ətraflı
Pakistanda koronavirusa yoluxanların sayı min nəfəri keçib like
  • 25 Mar 21:41  
Dünya Pakistanda koronavirusa yoluxanların sayı min nəfəri keçib

Pakistanda yeni növ koronavirusa yoluxanların sayı min nəfəri keçib. Mart

arrow Ətraflı
Bu məmulatlar gömrük rüsumlarından azad edildi - QƏRAR like
  • 25 Mar 21:40  
İqtisadiyyat Bu məmulatlar gömrük rüsumlarından azad edildi - QƏRAR

Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyəti

arrow Ətraflı
Dövlət adından yaradılan publik hüquqi şəxslərin öhdəlikləri müəyyənləşdi like
  • 25 Mar 21:36  
Digərləri Dövlət adından yaradılan publik hüquqi şəxslərin öhdəlikləri müəyyənləşdi

Nazirlər Kabineti "Dövlət adından yaradılan publik hüquqi şəxslər

arrow Ətraflı
Neftçilər vətəndaşlara “Evdə qal” çağırışı etdilər - VİDEO like
  • 25 Mar 21:33  
İqtisadiyyat Neftçilər vətəndaşlara “Evdə qal” çağırışı etdilər - VİDEO

Azərbaycanın bir qir qrup neftçisi "Evdə qal” çağırışı ilə vətənd

arrow Ətraflı
Ev şəraitində antiseptik like
  • 25 Mar 21:21  
Digərləri Ev şəraitində antiseptik

Hazırkı epidemiya şəraitində dezinfeksiyaedici məhsullara tələbat artmı

arrow Ətraflı
Özbəkistanda koronavirusla bağlı rəsmi portal yaradılıb like
  • 25 Mar 21:16  
Dünya Özbəkistanda koronavirusla bağlı rəsmi portal yaradılıb

Özbəkistanda koronavirusla bağlı rəsmi coronavirus.uz portalı yaradılıb.

arrow Ətraflı
Bir həftə əvvəl intihar etdi, meyiti bu gün tapıldı like
  • 25 Mar 21:10  
Digərləri Bir həftə əvvəl intihar etdi, meyiti bu gün tapıldı

Xaçmazda 1 həftə əvvəl özünü asan kişinin meyiti bu gün tapılıb.

arrow Ətraflı
Şəkinin küçə və prospektləri dezinfeksiya olunur like
  • 25 Mar 21:01  
Sosial Şəkinin küçə və prospektləri dezinfeksiya olunur

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi

arrow Ətraflı