Hər hansı əlavə xəstəliyi olmayan 21 yaşlı qız koronavirusdan öldü "Təkcə yaşlıları öldürmür..."


Dünya 25 Mar 2020 21:31:00 152 1

Hər hansı əlavə xəstəliyi olmayan 21 yaşlı qız koronavirusdan öldü  "Təkcə yaşlıları öldürmür..."

Hər hansı bir əlavə xəstəliyi olmayan 21 yaşlı qız koronavirusdan ölüb.

Son.az The Sun-a istinadla xəbər verir ki, hər hansı ağır xəstəliyi olmayan 21 yaşlı Chloe Middleton (Xlo Midlton) adlı qız COVID-19-dan dünyasını dəyişib.

Beləliklə, o, Britaniyada koronavirusun ən gənc qurbanına çevrilib.

Qızlarının ölümündən şoka düşən ailəsi insanları koronavirusu ciddiyə almağa səsləyib.

"İnsanların adi xəstəlik kimi qəbul etdiyi bu virusdan mənim gənc qızım öldü", - qızın anası Diane Middleton sosial şəbəkə hesabında yazıb.

İngiltərənin Bakinqhemşir qraflığında yaşayan qadın insanları evdə qalmağa səsləyib. O, bildirib ki, virus təkcə yaşlıları öldürmür.