Şəkinin küçə və prospektləri dezinfeksiya olunur


Sosial 25 Mar 2020 21:00:21 134 0

Şəkinin küçə və prospektləri dezinfeksiya olunur

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Şəkidə küçə və prospektlərdə, dezinfeksiya işləri aparılır

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Şəkidə küçə və prospektlərdə, dezinfeksiya işləri aparılır

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, dezinfeksiya işləri şəhərin bütün ərazilərində aparılır.

Şəki Şəhər Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi İntiqam Əşirov bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın göstərişlərinə əsasən koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Şəkidə də müvafiq tədbirlər görülür. Bu tədbirlərdən biri də dezinfeksiya işlərinin aparılmasıdır. Dezinfeksiya işləri şəhərin küçə və prospektlərini, yaşayış massivlərini, park və xiyabanları əhatə edib.

İstehsalat rəisi qeyd edib ki, dezinfeksiya işləri günün birinci və ikinci yarısında, yollarda hərəkətin daha az olduğu vaxtlarda aparılır. Bu işlər mütəmadi olaraq davam etdiriləcək.