Bu ölkə koronavirusla bağlı fövqəladə vəziyyət elan edir


Dünya 25 Mar 2020 20:55:00 128 0

Bu ölkə koronavirusla bağlı fövqəladə vəziyyət elan edir

Martın 25-də gecə yarısından sonra Yeni Zelandiyada yeni növ koronavirusa qarşı mübarizə məqsədilə fövqəladə vəziyyət elan olunacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə qərar həmin gün daha 50 nəfərin yeni koronavirusa yoluxması barədə məlumat daxil olduqdan sonra qəbul edilib. Bununla da, ölkədə koronavirusa yoluxanların ümumi sayı 205 nəfərə çatıb.

Bildirilir ki, fövqəladə vəziyyətin tətbiq edilməsi hökumət strukturlarına yeni koronavirusa qarşı mübarizənin daha da gücləndirilməsi üçün əlavə səlahiyyətlər verəcək.