İranda saxta içkidən ölənlərin sayı 255ə çatdı


Dünya 25 Mar 2020 21:00:00 149 0

İranda saxta içkidən ölənlərin sayı 255ə çatdı

İranda koronavirusdan qorunmaq məqsədilə saxta içkidən istifadə edən və zəhərlənərək həyatını itirənlərin sayı 255-ə çatıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Fars ostanının Təcili Yardım Mərkəzinin rəhbəri Məhəmməd Cavad Muradiyan spirt zəhərlənməsi səbəbilə xəstəxanaya müraciət edənlərin sayının martın 6-dan etibarən 592-yə yüksəldiyini söyləyib:

"Alkoqolun koronavirusun müalicəsində təsirli olduğu barədə yayılan şayiələrə görə bir çox insan xəstəxanalara müraciət edib. Xəstəxanaya müraciət edənlərin 72-si zəhərlənmə səbəbindən həyatını itirib".