Evdə qalmaq niyə vacibdir? Rəşad Mahmudov səbəbləri açıqladı VİDEO


Digərləri 25 Mar 2020 20:40:00 40 0

Evdə qalmaq niyə vacibdir?  Rəşad Mahmudov səbəbləri açıqladı  VİDEO

Hökumətin məcburiyyəti olmadan insanlar koronavirus təhlükəsini dərk edib, evdə qalmalıdırlar.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Televiziyasının (AzTV) "#Evdəqal" verilişində tanınmış ürək-damar cərrahı, deputat Rəşad Mahmudov deyib.

Həkim evdə qalmağın niyə vacib olduğunu açıqlayaraq bildirib ki, insanların bəzi həqiqətləri bilmələri lazımdır: "Şükürlər olsun ki, İran istisna olmaqla, hələlik Azərbaycana qonşu ölkələrdə koronavirus kütləvi yayılmayıb. Amma vətəndaşlarımız əmin olsunlar ki, bundan heç kəs sığortalanmayıb. Bu gün asimptomatik dediyimiz, heç bir şikayət etmədən, amma bədənində minlərlə virusu daşıyan insan ola bilər ki, onlar ilk günlərdə təhlükə yaratmayacaqlar. Mən davamlı şəkildə "Seattle" Universitetinin Xəstəlikləri Modelləşdirmə İnistitutunun tədqiqatlarını izləyirəm. Nəticə belədir ki, xəstəliyi olmayan, amma bu virusu üzərində daşıyan 100 nəfərin 75 faizi evdə oturmaqla yoluxma sayını azalda bilir. Əksinə, həmin 100 nəfər evdə oturmasa, 2 həftə ərzində 25 min insanın infeksiyaya yoluxmasına, 25 mindən 500 nəfərinin həyatının itirilməsinə, 1500-2000 nəfərin də reanimasiyaya düşməsinə səbəb ola bilər. Bu, 100 nəfərin 2 həftə ərzində yaradacağı mənfi vəziyyətdir. İnsanlar düşünməsin ki, cavandır, gəncdir, immun sistemi yüksəkdir, virusu yüngül şəkildə keçirəcək. Elə deyil. Bu sonda hamımıza ziyan edəcək, ölkənin səhiyyəsinə mənfi təsir edəcək, digər xəstəlikdən əziyyət çəkənlərin müalicəsinin aparılmasına əngəl yaradacaq. Koronavirus xəstələri sayəsində həkimlərimiz xəstələnərək normal əməliyyatları uzun müddət apara bilməyəcəklər. Bunlar əhali olaraq həssaslıq göstərməli olduğumuz məqamlardır. Bunu pessimist düşüncə kimi qəbul etməsinlər. Riyazi hesablamalara görə, həmin 100 virus daşıyıcısı evdə oturduqda, 2 həftə sonra xəstələnənlərin sayı 500-ə düşür, həyatını itirənlərin sayı isə 4-ə düşür. 100 nəfərin evdə qalması ilə yaranan fərqi görürsünüzmü?! Bunları nəzərə alaraq insanlara çağırış edirəm ki, evdə qalsınlar. Hər birimizin gələcəyi üçün, dünyamız üçün qaydalara riayət etmək lazımdır".

Epidemiya və karantin hallarında publik hüquqi şəxslərin öhdəlikləri müəyyənləşdi like
  • 25 Mar 20:36  
Siyasət Epidemiya və karantin hallarında publik hüquqi şəxslərin öhdəlikləri müəyyənləşdi

Nazirlər Kabineti “Dövlət adından yaradılan publik hüquqi şəxslərə d

arrow Ətraflı
Ferma yanıb like
  • 25 Mar 20:30  
Digərləri Ferma yanıb

Kürdəmir rayonunun Ərəb Qubalı kəndində ümumi sahəsi 3200 m² olan fəa

arrow Ətraflı
Türkiyədə eyni vaxtda 90 min məsciddən dua oxunub like
  • 25 Mar 20:14  
Dünya Türkiyədə eyni vaxtda 90 min məsciddən dua oxunub

Dünyada sürətlə yayılan yeni növ koronavirus (COVID-19) infeksiyasının s

arrow Ətraflı
Alimlərdən şok açıqlama: “Koronavirus karantini dövründə hamilə qalmaq təhlükəlidir” like
  • 25 Mar 20:09  
Dünya Alimlərdən şok açıqlama: “Koronavirus karantini dövründə hamilə qalmaq təhlükəlidir”

Alimlər gözlənilməz nəticəyə gəliblər. Onlar cütlüklərdlən nəsil a

arrow Ətraflı
Qazaxıstanda hərbi xidmətə çağırış dayandırılıb like
  • 25 Mar 20:04  
Dünya Qazaxıstanda hərbi xidmətə çağırış dayandırılıb

Qazaxıstanda yeni koronavirus səbəbindən hərbi xidmətə yaz çağırışı

arrow Ətraflı
Çin Gürcüstana 420 min dollarlıq koronavirus testi hədiyyə etdi like
  • 25 Mar 20:03  
Dünya Çin Gürcüstana 420 min dollarlıq koronavirus testi hədiyyə etdi

Çinin Gürcüstana hədiyyə etdiyi koronavirusu sürətlə aşkarlayan testlə

arrow Ətraflı
"Tibbi xidmətlərin göstərilməsi haqqında Müqavilə"nin Nümunəvi forması" təsdiqlənib like
  • 25 Mar 19:59  
Digərləri "Tibbi xidmətlərin göstərilməsi haqqında Müqavilə"nin Nümunəvi forması" təsdiqlənib

Nazirlər Kabineti "Tibbi xidmətlərin göstərilməsi haqqında Müqavil

arrow Ətraflı
Operativ iclas keçirildi, işlərində nöqsanlar buraxılmış vəzifəli şəxslər cəzalandırıldı like
  • 25 Mar 19:44  
Digərləri Operativ iclas keçirildi, işlərində nöqsanlar buraxılmış vəzifəli şəxslər cəzalandırıldı

24 mart 2020-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyətində Süleyman Mi

arrow Ətraflı
“Tibbi xidmətlərin göstərilməsi haqqında Müqavilə”nin Nümunəvi forması” təsdiqlənib like
  • 25 Mar 19:43  
Sosial “Tibbi xidmətlərin göstərilməsi haqqında Müqavilə”nin Nümunəvi forması” təsdiqlənib

Nazirlər Kabineti “Tibbi xidmətlərin göstərilməsi haqqında Müqavilə

arrow Ətraflı
Tibb işçilərinin əməkhaqlarına müddətli əlavə müəyyən edilib  QƏRAR like
  • 25 Mar 19:39  
Digərləri Tibb işçilərinin əməkhaqlarına müddətli əlavə müəyyən edilib QƏRAR

Nazirlər Kabineti yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə

arrow Ətraflı