Türkiyədə eyni vaxtda 90 min məsciddən dua oxunub


Dünya 25 Mar 2020 20:14:00 115 0

Türkiyədə eyni vaxtda 90 min məsciddən dua oxunub

Dünyada sürətlə yayılan yeni növ koronavirus (COVID-19) infeksiyasının sona gəlməsi arzusu ilə martın 24-də axşam Türkiyədə məscidlərdən eyni vaxtda dualar oxunub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, birlikdə oxunan dualar 90 min məscidin minarəsindən səsləndirilib.

Qeyd edək ki, məlum infeksiya ilə əlaqədar müvəqqəti olaraq Türkiyədə məscidlərdə cümə və camaat namazlarına ara verilib.