"VIP Aviation" şirkəti Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayırır


Digərləri 25 Mar 2020 19:25:00 250 0

"VIP Aviation" şirkəti Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayırır

"VIP Aviation" şirkəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin virusun ölkəmizdə yayılmasının məhdudlaşdırılması və qarşısının alınmasına dair təşəbbüsünə qoşulur.

Son.az Trend-ə istinadən bildirir ki, hazırda coğrafi əhatə dairəsi sürətlə genişlənən COVID-19 qlobal pandemiya şəraitində "VIP Aviation" şirkəti həmvətənlərinə yardım etməyə çalışır.

Şirkətin cəmiyyət qarşısında sosial məsuliyyət prinsiplərinə sadiqliyini nümayiş etdirərək və Azərbaycan ərazisində koronavirus infeksiyasının yayılması ilə mübarizə tədbirlərinə maliyyə dəstəyinin göstərilməsi məqsədilə şirkət dövlət başçısının 19 mart 2020-ci il tarixli fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min manat məbləğində vəsait ayırmışdır.

Qeyd edək ki, Fondun yaradılmasında məqsəd Azərbaycanda COVID-19 virusunun yayılmasının qarşısını almaq və onunla mübarizə aparmaq üçün yönəlmiş tədbirlərə maliyyə dəstəyin göstərilməsidir.