AZAL BakıNaxçıvanBakı reysləri üzrə dövlət təyinatlı yüklərin daşınmasını həyata keçirəcək


Digərləri 25 Mar 2020 18:38:00 117 0

AZAL BakıNaxçıvanBakı reysləri üzrə dövlət təyinatlı yüklərin daşınmasını həyata keçirəcək

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahla birlikdə koronavirus infeksiyasının (COVID-19) yayılması ilə mübarizə ilə bağlı görülən tədbirlər çərçivəsində "Azərbaycan Hava Yolları" Bakı-Naxçıvan və Naxçıvan-Bakı marşrutu üzrə bütün dövlət təyinatlı yüklərin prioritet qaydada və təmənnasız əsaslarla daşınmasını həyata keçirəcək.

Son.az xəbər verir ki, bu barədə Trend-ə "Azərbaycan Hava Yolları" QSC-ya istinadən məlumat verir.

Qeyd edək ki, "AZAL" QSC-nin bütün struktur bölmələri gücləndirilmiş iş rejimində və hökumət qurumları ilə sıx əlaqədə işləməyə davam edirlər.