Əfqanıstanda məbədə hücum


Dünya 25 Mar 2020 17:54:00 109 0

Əfqanıstanda məbədə hücum

Əfqanıstanın paytaxtı Kabildə silahlı şəxslər məbədə hücum edib.

Son.az Trend-ə istinadən bildirir ki, azı üç intiharçı terrorçu məbəddə ayin davam edərkən binaya daxil olub.

Hücum nəticəsində 1 nəfər həlak olub, 15 nəfər xəsarət alıb. İtkilərin sayının artacağı ehtimal olunur.

Qeyd olunur ki, təhlükəsizlik qüvvələrinin əməliyyatı nəticəsində hücum edənlər zərərsizləşdirilib.