Lidersement MMC Koronavirusla Mübarizəyə dəstək Fonduna 10 000 manat ianə edib


Digərləri 25 Mar 2020 17:32:00 196 0

Lidersement MMC Koronavirusla Mübarizəyə dəstək Fonduna 10 000 manat ianə edib

Norm Sement distribütor şirkətlərini və əməkdaşlıq etdiyi bütün şirkətləri hazırda yeni növ koronavirusla mübarizəyə qalib gəlmək məqsədilə birliyə, fəaliyyət göstərdikləri ərazidə sosial məsafə və izolyasiya qaydalarının tətbiqinə, cəmiyyətin maariflənməsində aktiv iştirak etməyə çağırıb.

Son.az Trend-ə istinadən bildirir ki, Norm-un çağırışına qoşulan şirkətlərdən biri də şirkətin rəsmi distribütoru Lidersement MMC olub. Distribütor şirkətin rəhbərliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna 10000 manat ianə etməklə nümunəvi vətəndaş mövqeyi nümayiş etdirib.

Bundan başqa, Lidersement iş yerində və yaxın ərazilərdə dezinfeksiya işlərinin aparılması, dilerlər şəbəkəsinin virusdan qorunma qaydaları haqda məlumatlandırılması, onların dezinfektantlar və tibbi maskalarla təmin edilməsi üzrə aktiv iş rejiminə başlayıb.

Lidersement bu yoluxucu xəstəliyin öhdəsindən birgə gəlmək üçün hər birinizi ölkədə elan edilən xüsusi karantin rejiminin tələblərinə uyğun davranmağa, gigiyena və sosial məsafə qaydalarının tətbiqinə iş və şəxsi həyatınızda biganə qalmamağa çağırır.