AXC-nin elan olunduğu binanın bərpası ilə bağlı tender elan edildi


Dünya 25 Mar 2020 17:18:00 149 0

AXC-nin elan olunduğu binanın bərpası ilə bağlı tender elan edildi

Tbilisidə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) elan edildiyi hazırkı Gənclər Sarayının binasının bərpası ilə bağlı tender elan olunub.

Tbilisidə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) elan edildiyi hazırkı Gənclər Sarayının binasının bərpası ilə bağlı tender elan olunub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Tbilisinin İnkişaf Fondundan bildirilib.

Tender üzrə təkliflər aprelin 20-dən 27-dək qəbul ediləcək.

Layihəyə əsasən, mərkəzi Rustaveli prospektində yerləşən tarixi binanın əsaslı təmir-bərpası üçün 34 milyon lari (9,8 milyon ABŞ dolları) həcmində vəsait nəzərdə tutulub. İşlər tenderin qalibi ilə müqavilənin imzalanmasından sonra üç il ərzində başa çatdırılmalıdır.

Binanın bərpası üzrə layihə artıq hazırdır. Tenderin şərtlərinə müvafiq olaraq zərurət yaranan hallarda şirkət obyektdə işləri gecə-gündüz rejimdə həyata keçirməli olacaq. Görüləcək işlərin zəmanət müddəti iki il müəyyən edilib.