Rektor Elmar Qasımov əmək haqqını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdi


Digərləri 25 Mar 2020 17:09:00 203 0

Rektor Elmar Qasımov əmək haqqını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdi

Bakı Ali Neft Məktəbinin (BANM) Rektoru Elmar Qasımov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təşəbbüsünə qoşulub. O, ölkə başçısının müvafiq qərarı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1 aylıq əmək haqqını ianə edib.

Bu barədə Son.az-a BANM-dan bildirilib.

Rektor bu yolla "COVID-19" pandemiyası ilə mübarizə çərçivəsində ölkəmizdə həyata keçirilən preventiv tədbirlərə dəstəyini nümayiş etdirib.