Qonşu ölkələrdə koronavirusla bağlı son vəziyyət


Dünya 25 Mar 2020 16:30:00 143 0

Qonşu ölkələrdə koronavirusla bağlı son vəziyyət

Ümumdünya Səhiyyə Təşkilatının hesabatına əsasən, Çinin Uhan şəhərində yaranan və sürətlə dünyaya yayılan koronavirus epidemiyasına 150-dən çox ölkədə rast gəlinib və bu günə kimi 18 mindən çox insan virusdan həyatını itirib.

Azərbaycanda bu virus daşıyıcılarının ümumi sayı 87 nəfər təşkil edib.

Koronavirusla bağlı ən qorxulu vəziyyət isə qonşu İranda müşahidə olunur. İranda COVID-2019 virusuna yoluxanların sayı 24 min nəfəri keçib. 

Son.az Baku.ws-ə istinadən xəbər verir ki, digər qonşu ölkələrdən Türkiyədə 1872, Rusiyada 495, Ermənistanda 265, Qazaxıstanda 79, Gürcüstanda isə 73 nəfərdə koronavirusa yoluxma halı qeydə alınıb. 

ÖLKƏLƏR YOLUXAN ÖLƏN SAĞALAN Azərbaycan 87 1 10 İran 24,841 1,934 8,913 Türkiyə 1,872 44   Rusiya 495 1 22 Ermənistan 265   16 Qazaxıstan 79     Gürcüstan 73     Dünya 423,898 18,926 109,179

Koronavirusdan qorunmaq və xəstəliyin yayılmasının qarşısını bu yolla almaq olar:Hər kəs üçün fərdi qorunma qaydaları - aşağıdakı qaydalara riayət etməklə sağlamlığınızı və başqalarının sağlamlığını qoruya bilərsiniz.