Dişləri necə qoruyaq?


Digərləri 25 Mar 2020 16:12:00 159 0

Dişləri necə qoruyaq?

Dişlər bədənimizdə ən çox qulluq tələb edən orqandır. Baxımsızlıq, diqqətsizlik vacib bədən üzvümüzlə erkən vidalaşmağımıza səbəb ola bilər.

Son.az axşam.az-a istinadən dişlərə qulluqla bağlı bəzi tövsiyyələri təqdim edir.

1. Şirniyyat yemək dişlərə ən çox ziyan vuran vərdişdir. Vazkeçə bilmədiyimiz bu yeməkləri yedikdən sonra dişlər mütləq şəkildə fırçalanmalıdır.

2. Süd, pendir, qatıq və s. kimi kalsiumla zəngin qidalar yeyilməlidir.

3. Şəkərsiz saqqız çeynəmək dişləri qidaların zərərli təsirindən qismən də olsa, qoruyur. Çünki, onun tərkibində ksilitol adlı maddə var və o bakteriyaları məhv edir.

4.Diş fırçalarınızın təmizliyinə diqqət edin və 2 aydan bir dəyişdirin.

5.Gündə ən az 2 dəfə dişlərinizi fırçalayın.