Bakı Qalasında doğulub, Malatya Qalasında ölən Almas...


Kriminal 25 Mar 2020 15:54:00 167 0

Bakı Qalasında doğulub, Malatya Qalasında ölən Almas...

Bu gün Azərbaycanın mühacir şairi Almas İldırımın doğum günüdür.

Son.az kult.az-a istinadla Almas İldırımla bağlı 8 faktı təqdim edir:

1. Almas İldırım 1907-ci ilin martın 25-də Bakının Qala kəndində bəy ailəsində doğulub. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Almas İldırımın bəy nəslinə mənsubluğu onu totalitar rejim tərəfindən həyata keçirilən cəza tədbirlərinin hədəfinə çevirib.

2. Almasın əsl adı Əbülhəsən olub. Ədəbiyyat Cəmiyyətinə daxil olarkən orada adını İldırım, soyadını Almaszadə kimi yazıb. Türk tədqiqatçı Ənvər Aras Almas adının onun babasına məxsus olduğunu yazır. İldırım adı isə doğularkən Bakıda güclü yağış yağması səbəbindən həmin günün xatirəsinə verilib.

3. 1914-1915-ci illərdə Güney Azərbaycandan gəlmiş fəhlələrin övladlarının dərs aldığı "İttihad" məktəbində oxuyan Almas fars dilini öyrənib. Onun ilk şeiri hesab edilən "Qaldı" rədifli qoşmasının burada oxuyarkən yazıldığı ehtimal olunur.

4. 1925-ci ildə buranı bitirdikdən sonra Abdulla Şaiqin "Nümunə" məktəbində təhsil alır. Bu məktəbdə o, Qafur Əfəndiyev, Qantəmir, Seyid Hüseyn Tağızadə, Abdulla Şaiq kimi şəxslərdən dərs alır, rus dilini öyrənir.

5. Almas İldırım 1926-cı ildə şair Süleyman Rüstəmlə birlikdə "Dün bugün" adlı şeir məcmuəsinin müəllifi olur.