"Çayla şirniyyatı eyni vaxta istehlak etsəniz..."


Digərləri 25 Mar 2020 16:00:00 142 0

"Çayla şirniyyatı eyni vaxta istehlak etsəniz..."

"Novruz süfrəsi bol kalorili qidalardan ibarətdir və bu bayramda qidalanma rejimi tamamilə pozulur. Bu qidalar həddindən artıq kalorili olması ilə yanaşı, həm də artıq çəki verən qidalar hesab olunur. İnsanlar kalorili qidaları qəbul etdikdə, onun enerjiyə çevrildiyini nəzərə almırlar".

Bu sözləri Teleqraf.com-a açıqlamasında sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.

O bildirib ki, bayram müddəti ərzində rejimsiz qidalanma maddələr mübadiləsinin pozulması və artıq çəkiyə səbəb olur:

"Bu problemlərdən sağlam insanlarla yanaşı, əsasən şəkərli diabet, yüksək qan təzyiqindən əziyyət çəkən xəstələr daha çox təsirlənirlər. Bayramı bayram əhval-ruhiyyəsində, sağlam keçirmək, bayramdan sonra problemlərlə qarşılaşmamaq üçün yemək miqdarını mütləq şəkildə nəzarətdə saxlamaq lazımdır.

Bunun ən yaxşı yollarından biri günə bir stəkan su ilə başlamaqdır".

Ekspert insanların çəki artımın səbəblərindən birinin qidanı düzgün çeynəməməyin olduğunu qeyd edib: "Mədəyə dərhal yeməyi yükləmək düzgün deyil. Ətli, yağlı, isti yeməklərdən dərhal sonra şirniyyatları yemək olmaz. Bu problemlərin artmasına səbəb olur".