ETSN "evdə qal, təbiəti seyr et" rubrikasına start verdi


Digərləri 25 Mar 2020 15:48:00 182 0

ETSN "evdə qal, təbiəti seyr et" rubrikasına start verdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu gündən facebook səhifəsində "Evdə qal, təbiəti seyr et" (#evdəqaltəbiətiseyret ) adlı rubrika başladır.

Nazirliyin mətbuat katibi İradə İbrahimova Trend-ə bildirib ki, rubrikada Azərbaycanın əsrarəngiz təbiət gözəlliklərini, eləcə də milli parkların flora və fauna aləmini əks etdirən filmlər, süjetlər, çarxlar, nümayiş etdiriləcək.

"Evdə qal, təbiəti seyr et" rubrikasında həm də təbiət hadisələri barədə düşündürücü məlumatlar veriləcək, ekoloji animasiyalar nümayiş etdiriləcək.

Bölümdə ekologiyaya aid müxtəlif suallar, maraqlı faktlar yerləşdirməklə izləyicilərin ətraf mühit hadisələri ilə daha yaxından tanış olmaları, biliklərini genişləndirməsi üçün də şərait yaradılacaq."