Rusiyada koronavirusa yoluxma üzrə yeni hallar aşkarlanıb


Dünya 25 Mar 2020 15:25:00 175 0

Rusiyada koronavirusa yoluxma üzrə yeni hallar aşkarlanıb

Rusiyada son gün ərzində daha 163 nəfərdə yeni növ koronavirusa yoluxma halı qeydə alınıb

© The New York Times

Rusiyada son gün ərzində daha 163 nəfərdə yeni növ koronavirusa yoluxma halı qeydə alınıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Tatyana Qolikova məlumat verib.

Məlumata görə, yoluxanların hamısı son iki həftədə əlverişsiz epidemioloji vəziyyətin olduğu ölkələrdə olanlardır. Xəstələr xüsusi bokslara yerləşdiriliblər, onlarla əlaqə quranlar müayinəyə göndəriləcək.

Rusiyada COVID-19 xəstələrinin ümumi sayı 658 nəfərə çatıb, 29 nəfər sağalıb, 1 nəfər ölüb.