Şahzadə Çarlz koronavirusa yoluxdu


Dünya 25 Mar 2020 15:29:16 130 0

Şahzadə Çarlz koronavirusa yoluxdu

Şahzadə Çarlzın koronavirus testi pozitiv çıxıb

Şahzadə Çarlzın koronavirus testi pozitiv çıxıb.

“Report” “Sky News”a istinadən xəbər verir ki, bunu kral ailəsinin iqamətgahından bildiriblər.

Məlumata görə, 71 yaşlı şahzadə Çarlzla yanaşı, onun həyat yoldaşı 72 yaşlı hersoginya Kamilla Parker Boulz da koronavirus testindən keçib. Hersoginyada testin nəticələri neqativ çıxıb.

Bildirilir ki, şahzadə və onun həyat yoldaşı Şotlandiyada təcrid ediliblər. Son həftələr bir çox ictimai tədbirlərdə iştirak edən şahzadə Çarlzın koronavirusa harada yoluxduğu bəlli deyil.

Qeyd edək ki, Böyük Britaniya koronavirusun ən çox yayıldığı 10-cu ölkədir. Ölkədə 8 000-dən artıq insandan virus aşkarlanıb. Pandemiya qurbanlarının sayı isə 422 nəfərdir.