Dağlıq Qarabağın erməni icması üzvləri Tural Gəncəliyevə müraciət etdi


Digərləri 25 Mar 2020 15:12:00 168 0

Dağlıq Qarabağın erməni icması üzvləri Tural Gəncəliyevə müraciət etdi

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyev erməni icmasına çağırış edib.

Son.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında T. Gəncəliyev bildirib.

O Dağlıq Qarabağda koronavirus epidemiyasının yayılmasından narahat olduğunu deyib:

"Son günlər Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni icmasının bir sıra üzvləri seçkili nümayəndə kimi mənə müraciət edərək (təhlükəsizlik baxımından onların adlarını açıqlaya bilmirəm) Dağlıq Qarabağda kəskin respirator infeksiyaya, pnevmaniyaya yoluxmuş şəxslərin sayının artması, səhiyyə infrastrukturunun acınacaqlı vəziyyəti, testlərin olmaması, tibbi heyətin çatışmaması barədə məlumat verərək Ermənistanın və qanunsuz rejimin koronavirusa (COVID-19) yoluxma hallarını əhalidən gizlətməsi ilə bağlı narahatlıqlarını ifadə ediblər.