Böyük Britaniya şahzadəsi koronavirusa yoluxdu


Dünya 25 Mar 2020 15:06:00 159 0

Böyük Britaniya şahzadəsi koronavirusa yoluxdu

Böyük Britaniya şahzadəsi, taxt-tacın varisi Çarlz koronavirusa yoluxub.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Bukingem sarayının rəsmi nümayəndəsi bildirib.

Qeyd olunur ki, 71 yaşlı şahzadənin vəziyyəti yaxşıdır. Lakin Çarlzın həyat yoldaşında virus aşkar edilməyib.

Qeyd edək ki, bu günədək Böyük Britaniyada 8 077 nəfər virusa yoluxub, 422 nəfər vəfat edib.