30dan çox Türkiyə vətəndaşı ölkə xaricində koronavirusdan ölüb


Dünya 25 Mar 2020 14:54:00 136 0

30dan çox Türkiyə vətəndaşı ölkə xaricində koronavirusdan ölüb

30-dan çox Türkiyə vətəndaşı ölkə xaricində koronavirusun qurbanı olub.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir bildirib ki, hazırda ölənlərin Türkiyəyə gətirilməsi üçün işlər aparılır.

Həmin şəxslərin hansı ölkələrdə ölməsi açıqlanmayıb.

Nazirin sözlərinə görə, hökumət Türkiyədə infeksiyanın yayılmasının qarşısını almaq üçün əlindən gələni edir.