Bakıda qadın pəncərənin şüşəsini silərkən 21ci mərtəbədən yıxıldı


Digərləri 25 Mar 2020 15:00:00 183 0

Bakıda qadın pəncərənin şüşəsini silərkən 21ci mərtəbədən yıxıldı

Bakıda qadın 21-ci mərtəbədən yıxılaraq ölüb.

Son.az bildirir ki, bu barədə Oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, hadisə dünən paytaxtın Nərimanov rayonu, X.Şuşinski küçəsi, ev 21-də qeydə alınıb. 

Belə ki, sözügedən ünvanda yaşayan 1991-ci il təvəllüdlü G.Məmmədova pəncərənin şüşəsini təmizləyən zaman yıxılaraq ölüb.

Faktla bağlı araşdırma aparılır. 

Son.az