Millət vəkili Elman Nəsirovun Misirin nüfuzlu Şabab Əlnil saytında müsahibəsi dərc olunub


Siyasət 25 Mar 2020 14:48:00 41 0

Millət vəkili Elman Nəsirovun Misirin nüfuzlu Şabab Əlnil saytında müsahibəsi dərc olunub

Millət vəkili Elman Nəsirovun Misirin nüfuzlu Şabab Əlnil saytında "Cənab İlham Əliyevin islahatları vətəndaş rifahının sosial inqilabıdır" adlı müsahibəsi dərc olunub.

Son.az Trend-ə istinadən bildirir ki, müsahibəsində millət vəkili hazırda Azərbaycanda geniş miqyasda yeni islahatlar dövrünün yaşandığını bildirib.

E.Nəsirov müsahibəsində qeyd edib ki, bu siyasətin əsasını Azərbaycan xalqının mərhum Ümummilli Lideri Heydər Əliyev qoyub, Prezident İlham Əliyev də yeni dünyanın tələblərinə uyğun olaraq bu siyasəti izləyib və bununla da islahatlar yeni mərhələyə qədəm qoyub:

"Prezident İlham Əliyev bu islahatları 11 aprel 2018-ci ildə növbəti qələbəsindən az sonra elan edib və bütün siyasi, iqtisadi, sosial, məhkəmə, hökumət və insan resursları strukturunu əhatə edir. Azərbaycan vətəndaşı və onun sosial rifahının təmin edilməsi dövlət başçısının siyasətinin əsasını təşkil edir".

E.Nəsirov Azərbaycanın enerji sahəsində əldə etdiyi nailiyyətləri də misirli oxucuların diqqətinə çatdırıb.

"Prezident İlham Əliyevin son 16 ildə həyata keçirdiyi siyasət sayəsində Azərbaycan nəinki dünyanın enerji və nəqliyyat xəritəsini yenidən tərtib edib, eyni zamanda dünya dəyərlərinin qorunması və təbliği sahəsində təsirli nailiyyətlər qazanıb".

"Azərbaycanın bu məsələlərlə bağlı təcrübəsi digər ölkələr üçün nümunə ola bilər", - deyə millət vəkili müsahibəsində bildirib.

E.Nəsirov əlavə edib: "Şübhəsiz ki, Ermənistanın təcavüzkar siyasəti və Azərbaycana qarşı etnik təmizləmə olmasaydı, Prezident İlham Əliyevin rəhbərliyi ilə son 16 ildə daxili və xarici siyasətdəki uğurlarımızın əhatəsi daha böyük olardı.

"Münaqişənin hələ həll edilməməsinə baxmayaraq, Azərbaycan son 16 ildə münaqişənin həlli prosesində öz siyasi, diplomatik və hərbi üstünlüyünü təmin edib. Ermənistanın bütün səylərinə baxmayaraq, heç bir beynəlxalq qurum, o cümlədən Yerevan rəsmisi özü separatçı rejimin müstəqilliyini tanımadı. Bu, Azərbaycanın vacib siyasi xüsusiyyətidir".

Son.az 

Yaşı 65dən yuxarı tənha şəxslərə evlərində sosial xidmətlərin göstərilməsinə başlanıb like
  • 25 Mar 14:42  
Digərləri Yaşı 65dən yuxarı tənha şəxslərə evlərində sosial xidmətlərin göstərilməsinə başlanıb

Hazırda respublika üzrə ümumilikdə 10 mindən çox tənha şəxsə evlərin

arrow Ətraflı
Gürcüstanda həkim koronavirusa yoluxdu, klinika bağlandı like
  • 25 Mar 14:36  
Dünya Gürcüstanda həkim koronavirusa yoluxdu, klinika bağlandı

Gürcüstanda klinikalardan birində ultrasəs müayinəsi həkimində yeni növ

arrow Ətraflı
Bakıda 8 min abonentin qaz təchizatı yaxşılaşdırılır like
  • 25 Mar 14:30  
Digərləri Bakıda 8 min abonentin qaz təchizatı yaxşılaşdırılır

Bakının Xətai rayonunda M.Mehdizadə küçəsi ilə N.Rəfiyev küçələrini

arrow Ətraflı
Özbəkistanda koronavirusa yoluxanların sayı 55ə çatıb like
  • 25 Mar 14:24  
Dünya Özbəkistanda koronavirusa yoluxanların sayı 55ə çatıb

Özbəkistanda son sutka ərzində koronavirusa yoluxanların sayı 6 nəfər ar

arrow Ətraflı
Dünya şöhrətli modeldən “evdə qal” paylaşımı like
  • 25 Mar 14:18  
Digərləri Dünya şöhrətli modeldən “evdə qal” paylaşımı

Məşhur model Cici Hadid sosial şəbəkədəki paylaşımı ilə gündəmə g

arrow Ətraflı
Analitik Ekspertiza Mərkəzi də KMDF-yə vəsait köçürüb like
  • 25 Mar 14:13  
Sosial Analitik Ekspertiza Mərkəzi də KMDF-yə vəsait köçürüb

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi Koronavirus (COVID-19) xəs

arrow Ətraflı
Hindistanda körpəyə koronavirusun şərəfinə ad qoyulub like
  • 25 Mar 14:13  
Dünya Hindistanda körpəyə koronavirusun şərəfinə ad qoyulub

“Bu körpə virusa qarşı mübarizədə insanların birliyinin rəmzi olacaq

arrow Ətraflı
Bakı polisi bir gündə 16 cinayətin üstünü açdı like
  • 25 Mar 14:12  
Digərləri Bakı polisi bir gündə 16 cinayətin üstünü açdı

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış təd

arrow Ətraflı
Zibil torbasından insan bədən hissələri çıxdı like
  • 25 Mar 14:06  
Dünya Zibil torbasından insan bədən hissələri çıxdı

Tatarıstanın Naberejnıye Çelnı şəhərində zibil torbasında insan bədə

arrow Ətraflı
Azərbaycan-Gürcüstan sərhədindəki məntəqənin iş müddəti iki saata endirildi like
  • 25 Mar 14:02  
Sosial Azərbaycan-Gürcüstan sərhədindəki məntəqənin iş müddəti iki saata endirildi

Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı körpü” sərh

arrow Ətraflı
Azərbaycanda içməli su ilə bağlı yeni qanun layihəsi qəbul ediləcək like
  • 25 Mar 14:00  
İqtisadiyyat Azərbaycanda içməli su ilə bağlı yeni qanun layihəsi qəbul ediləcək

Azərbaycanda əməyin mühafizəsi tələblərinin gücləndirilməsi məqsədi

arrow Ətraflı
Yaponiyada yeni koronavirusa yoluxanların sayı artır like
  • 25 Mar 14:00  
Dünya Yaponiyada yeni koronavirusa yoluxanların sayı artır

Martın 25-ə olan son məlumatlara görə, Yaponiyada yeni koronavirusa yoluxan

arrow Ətraflı
Azərbaycanda təhsildən yayınma halları ilə bağlı komissiyalar yaradılacaq like
  • 25 Mar 13:58  
Sosial Azərbaycanda təhsildən yayınma halları ilə bağlı komissiyalar yaradılacaq

Azərbaycanın ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsi

arrow Ətraflı
Yeni doğulan körpəyə Korona adı verildi like
  • 25 Mar 13:54  
Dünya Yeni doğulan körpəyə Korona adı verildi

Hindistanın Uttar-Pradeş ştatında yeni doğulan körpəyə Korona adı veril

arrow Ətraflı
Yaşı 65-dən yuxarı tənha şəxslərə evlərində sosial xidmətlərin göstərilməsinə başlanıb like
  • 25 Mar 13:51  
Sosial Yaşı 65-dən yuxarı tənha şəxslərə evlərində sosial xidmətlərin göstərilməsinə başlanıb

Prezident İlham Əliyevin göstərişinə əsasən Əmək və Əhalinin Sosial

arrow Ətraflı