Özbəkistanda koronavirusa yoluxanların sayı 55ə çatıb


Dünya 25 Mar 2020 14:24:00 142 0

Özbəkistanda koronavirusa yoluxanların sayı 55ə çatıb

Özbəkistanda son sutka ərzində koronavirusa yoluxanların sayı 6 nəfər artıb. Ümumilikdə isə, bu xəstəliyə yoluxanların sayı 55-ə çatıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, ölkədə COVID-19 ilk dəfə martın 15-də Parisdən Daşkəndə gələn Özbəkistan vətəndaşında aşkar olunub. On gün ərzində koronavirusa yoluxanların sayı 55-ə çatıb və hər gün artır. Son 24 saat ərzində bu xəstəlik koronavirusa yoluxanlarla heç bir əlaqəsi olmayan bir qızda da aşkarlanıb.

Koronavirusa yoluxanlar Elmi-Tədqiqat Virusologiya İnstitunun klinikasında müalicə alırlar. Virusa yoluxanlar arasında ölənlər yoxdur.

Qeyd edək ki, Özbəkistanda 12,7 min adam karantindədir. Onların 7,4 mini xəstəxanalarda, qalanları isə ev şəraitində karantinə alınıb.