Azərbaycanda tələbə və şagirdlərin sosial müdafiəsi gücləndiriləcək

Sosial 25 Mar 2020 13:30:15 121 0

Azərbaycanda tələbə və şagirdlərin sosial müdafiəsi gücləndiriləcək

Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün Baş Kollektiv Sazişi imzalanıb

"Report" xəbər verir ki, sazişə əsasən,Azərbaycanda tələbə və şagirdlərin, gənc işçilərin və mütəxəssislərin sosial müdafiəsi gücləndiriləcək.

Sazişə əsasən, tərəflər gənclərin məşğulluq imkanlarını artırmağa, onların kənd yerlərində çalışmasını həvəsləndirən imtiyazlar sisteminin təkmilləşdirilməsinə, əmək şəraitinin yaxşılaşdırılmasına, həyat səviyyəsinin yüksəldilməsinə, tələbə və şagirdlərin, gənc işçilərin və mütəxəssislərin sosial müdafiəsinin gücləndirilməsinə istiqamətləndirilən tədbirləri həyata keçirmək öhdəliyini götürüb.