Sevil Mikayılova: "Son hadisələr Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin çox mükəmməl inkişaf yolu keçdiyini bir daha göstərdi"


Siyasət 25 Mar 2020 13:05:00 55 0

Sevil Mikayılova: "Son hadisələr Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin çox mükəmməl inkişaf yolu keçdiyini bir daha göstərdi"

Daim Azərbaycan xalqının mənafeyini düşünən və Azərbaycan vətəndaşının təhlükəsizliyini hər zaman üstün tutan dövlətimiz bütün dünyaya daha bir nümunə göstərdi.

Son.az bildirir ki, bunu Trend-ə millət vəkili Sevil Mikayılova deyib.

Millət vəkili bildirib ki, bütün dünya ölkələrini öz əsirinə çevirmiş koronavirus bəlası ilə mübarizədə Azərbaycan dövləti düzgün və vaxtında qərarlar verməklə hadisələri qabaqlaya bildi. Daha döğrusu, qəbul edilmiş konkret qərarlar vəziyyəti nəzarət altında saxlamağa imkan verdi:

"COVİD-19 pandemiyası dünya ölkələrinin gözlənilməz fəlakətlərə necə hazır olmasını göstərən bir test oldu, desək, yanılmarıq. Nə qədər təəccüblü olsa da, inkişaf etmış iqtisadiyyata və kifayət qədər müasir səhiyyə sisteminə malik ölkələr bu kataklizmlə mübarizədə aciz qaldılar. Məsələn, Avropa ölkələrində qurbanların sayının daha çox olması, ABŞ-ın virusun episentrinə çevriləcəyi ilə bağlı proqnozlar acı fakt olaraq qalir. Təəssuf hissi ilə qeyd etməliyik ki, qonşu ölkələrdə də vəziyyət həyəcan doğurur".

S.Mikayılova vurğulayıb ki, son hadisələr Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin çox mükəmməl inkişaf yolu keçdiyini, istənilən təhdid və təhlükəyə davamlı olduğunu bir daha göstərdi:

"Qazanılan bütün uğurların əsas mənbəyi xalq-iqtidar birliyidir. Qəbul edilmiş qərarların ictimaiyyət tərəfindən adekvat qarşılanması ölkədə sabitliyin əldə olunması üçün çox vacib amildir. Vətəndaşlarımızın məsuliyyəti, milli birlik hissi bu xəstəliyə qalib gəlməyə imkan verəcək".

Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyev bu ümumbəşəri bəladan maksimum az itki ilə çıxmaq ücün bütün resursları səfərbər edir:

"Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması bütün vətəndaşları və dövlət qurumlarını cənab Prezidentin bu təşəbbüsü ətrafında birləşdirdi. Qısa müddət ərzində Fondda 60 milyon manat yığılması xalqımızın nə qədər böyük və yüksək keyfiyyətlərə malik olduğunu göstərir".

S.Mikayılova əlavə edib ki, Azərbaycan xalqı yüksək dəyərləri ilə hər zaman seçilib və belə çətin məqamlarda milli dəyərlərimiz və dövlətçilik ənənələrimiz bir çoxlarına örnəkdir:

"Xüsusilə, yaşlı vətəndaşlarımızın səhhətinə göstərilən diqqət və qaygı hər birimizdə məmnunluq doğurur. Əsrlərdən bəri cəmiyyətimizdə mövcud olan bu ali ənənə bu gün dövlət səviyyəsində qorunur və yaşlıların sağlamlıq və təhlükəsizliyi üçün xüsusi addımlar atılır. Bir sozlə, xəstəliyə qalib gəlmək üçün dövlətimizin sərgilədiyi iradə göz qabağındadır və bu məsuliyyətli dönəmdə hər kəs dövlətin dəstəyini hiss edir".

Son.az 

Azərbaycanda ailə faciəsi: like
  • 25 Mar 13:00  
Digərləri Azərbaycanda ailə faciəsi:

Qaxda ər-arvad partlayış nəticəsində ölüb.

arrow Ətraflı
İranda insanların hərəkətinə məhdudiyyətlər qoyulacaq like
  • 25 Mar 12:59  
Dünya İranda insanların hərəkətinə məhdudiyyətlər qoyulacaq

Həsən Ruhani: "Layihə artıq hazırlanıb və çərşənbə günü təsdiqlə

arrow Ətraflı
Koronavirus bu ölkədə xaosa səbəb oldu like
  • 25 Mar 12:54  
Dünya Koronavirus bu ölkədə xaosa səbəb oldu

Niderlandda yeni tip koronavirus (Covid-19) İtaliyada olduğu kimi sürətlə y

arrow Ətraflı
Fransanın məşhur futbol klubu koronavirusla mübarizə üçün vəsait ayırdı like
  • 25 Mar 12:52  
Dünya Fransanın məşhur futbol klubu koronavirusla mübarizə üçün vəsait ayırdı

Fransanın “Pari Sen-Jermen” futbol klubu koronavirusla mübarizə üçün 1

arrow Ətraflı
Ermənistanda koronavirusa yoluxanların sayı 265 nəfərə çatıb like
  • 25 Mar 12:48  
Dünya Ermənistanda koronavirusa yoluxanların sayı 265 nəfərə çatıb

Ermənistanda koronavirusa yoluxanların sayı 265 nəfərə çatıb.

arrow Ətraflı
Azərbaycanda yaşı 60-dan çox olan vəkillər karantin dövründə üzvlük haqqı verməyəcək like
  • 25 Mar 12:46  
Siyasət Azərbaycanda yaşı 60-dan çox olan vəkillər karantin dövründə üzvlük haqqı verməyəcək

Koronavirusla mübarizə sahəsində Azərbaycan Vəkillər Kollegiyasi rəyasə

arrow Ətraflı
AZAL: Moskva və Londondan 151 vətəndaş vətənə qaytarılıb like
  • 25 Mar 12:42  
Digərləri AZAL: Moskva və Londondan 151 vətəndaş vətənə qaytarılıb

"Azərbaycan Hava Yolları" aviaşirkəti bəzi şəhərlərdən reysl

arrow Ətraflı
İlk dəfə olaraq bizim qalaktikamızın ölçüləri təyin olundu like
  • 25 Mar 12:36  
Digərləri İlk dəfə olaraq bizim qalaktikamızın ölçüləri təyin olundu

Bizim Qalaktikamızın ölçüsü barədə bu ilk nəticələr hələ dəqiqlə

arrow Ətraflı
"Məsih gələnədək israil xalqı karantində qalacaq" like
  • 25 Mar 12:24  
Dünya "Məsih gələnədək israil xalqı karantində qalacaq"

"Əminəm ki, yaxın vaxtda Məsih zühur edəcək".

arrow Ətraflı
Xətai rayonunda 8 min abonentin qaz təchizatı yaxşılaşdırılır like
  • 25 Mar 12:19  
İqtisadiyyat Xətai rayonunda 8 min abonentin qaz təchizatı yaxşılaşdırılır

​Xətai rayonunda 8 min abonentin qaz təchizatı yaxşılaşdırılır

arrow Ətraflı
Bu ölkə də koronavirusla bağlı fövqəladə vəziyyət elan edir like
  • 25 Mar 12:18  
Dünya Bu ölkə də koronavirusla bağlı fövqəladə vəziyyət elan edir

Martın 25-də gecə yarısından sonra Yeni Zelandiyada yeni növ koronavirusa

arrow Ətraflı
Cənubi Afrikada koronavirusa yoluxanların sayı kəskin artıb like
  • 25 Mar 12:16  
Dünya Cənubi Afrikada koronavirusa yoluxanların sayı kəskin artıb

Cənubi Afrikanın Səhiyyə naziri Zveli Mhize ölkədə yeni növ koronavirusa

arrow Ətraflı
Pəhrizin düşmənləri: like
  • 25 Mar 12:12  
Digərləri Pəhrizin düşmənləri:

Bir çox pəhrizlərin tərəvəzləri məsləhət görməsinə baxmayaraq, onla

arrow Ətraflı