Arzu Nağıyev: "Xalq dövlət başçısına inanır və bu gün Azərbaycanın əsas təkanverici qüvvəsi xalqiqtidar birliyidir"


Siyasət 25 Mar 2020 12:30:00 65 0

Arzu Nağıyev: "Xalq dövlət başçısına inanır və bu gün Azərbaycanın əsas təkanverici qüvvəsi xalqiqtidar birliyidir"

Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində koronavirusla mübarizə çərçivəsində ölkədə aparılan tədbirlərlə bağlı danışdı. Bu cür əhəmiyyətli və vacib tədbirlərdən biri də sahibkarlara 1 milyard manatın ayrılmasıdır.

Son.az bildirir ki, bunu Trend-ə açıqlamasında millət vəkili Arzu Nağıyev deyib.

Onun sözlərinə görə, bu vəsaitin ayrılması xəstəlikdən və onun fəsadlarından əziyyət çəkmiş sahibkarların ziyan çəkməsinin qarşısını almaq və onlara dəstək olmaqdır:

"Bu vəsaitin şəffaf bölünəcəyi və heç bir sahibkarın ziyan çəkməyəcəyinə əminəm. Xəstəliklə bağlı ən həssas sahibkarlar qruplarına xüsusi maliyyə dəstəyi də göstəriləcək, vergi güzəştləri də ediləcək, digər imtiyazlar da veriləcək. Vəsaitin ayrılmasına Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusi nəzarət edəcək və vəsaitin xərclənməsi barədə ictimaiyyətə də məlumat veriləcək".

A.Nağlyev, həmçinin bildirib ki, Azərbaycan xalqının adət-ənənələri, milli dəyərləri, bizə bu virusla mübarizədə kömək edəcək:

"Azərbaycan xalqının həssas nümayəndələri də var. Onlar, əsasən təqaüdçülər və 65 yaşdan yuxarı olan şəxslərdir. Bu şəxslərin diqqətdə saxlanılması üçün sosial paketlər həyata keçirilməlidir. Bunun üçün yəqin ki könüllülərdən də istifadə olunacaq. Bu istiqamətdə də müvafiq addımların atılması çox vacibdir. Təqaüdlərin, sosial yardımların vaxtında verilməsi də əsas məqamlardandır".

Millət vəkili vurğulayıb ki, bu prosesdə, əsasən ön cəbhədə olan həkimlərə diqqət yetirilməsi daha vacibdir: "Bununla bağlı dövlət başçısının müvafiq qərarı oldu və onların məvaciblərinin artırılması istiqamətində tədbirlər görüldü. Xəstələrə qulluq edən həkimlərin maddi vəziyyətinin yaxşılaşdırılması və onların əməyinə layiqli qiymətin verilməsi üçün əməkhaqlarının artırılması məsələsi həll olunub. Onlar maaşın 3-5 mislini alacaqlar. Dövlət başçısının xüsusi qeyd etdiyi kimi, Azərbaycan həkimləri böyük qəhrəmanlıq göstərirlər, öz həyatlarını, sağlamlıqlarını risk altına atırlar, ancaq öz vəzifə borcunu şərəflə yerinə yetirirlər. Bütün bu addımlar onu göstərir ki, xalq dövlət başçısına inanır və bu gün Azərbaycanın əsas təkanverici qüvvəsi xalq-iqtidar birliyidir".

Son.az 

"Məsih gələnədək israil xalqı karantində qalacaq" like
  • 25 Mar 12:24  
Dünya "Məsih gələnədək israil xalqı karantində qalacaq"

"Əminəm ki, yaxın vaxtda Məsih zühur edəcək".

arrow Ətraflı
Xətai rayonunda 8 min abonentin qaz təchizatı yaxşılaşdırılır like
  • 25 Mar 12:19  
İqtisadiyyat Xətai rayonunda 8 min abonentin qaz təchizatı yaxşılaşdırılır

​Xətai rayonunda 8 min abonentin qaz təchizatı yaxşılaşdırılır

arrow Ətraflı
Bu ölkə də koronavirusla bağlı fövqəladə vəziyyət elan edir like
  • 25 Mar 12:18  
Dünya Bu ölkə də koronavirusla bağlı fövqəladə vəziyyət elan edir

Martın 25-də gecə yarısından sonra Yeni Zelandiyada yeni növ koronavirusa

arrow Ətraflı
Cənubi Afrikada koronavirusa yoluxanların sayı kəskin artıb like
  • 25 Mar 12:16  
Dünya Cənubi Afrikada koronavirusa yoluxanların sayı kəskin artıb

Cənubi Afrikanın Səhiyyə naziri Zveli Mhize ölkədə yeni növ koronavirusa

arrow Ətraflı
Pəhrizin düşmənləri: like
  • 25 Mar 12:12  
Digərləri Pəhrizin düşmənləri:

Bir çox pəhrizlərin tərəvəzləri məsləhət görməsinə baxmayaraq, onla

arrow Ətraflı
DMX: Əcnəbilər onlayn qaydada müvafiq icazə qaydalarını əldə edə bilər like
  • 25 Mar 12:06  
Digərləri DMX: Əcnəbilər onlayn qaydada müvafiq icazə qaydalarını əldə edə bilər

Azərbaycanda olma müddəti bitən bütün əcnəbilərin müraciətləri 30 ap

arrow Ətraflı
Tokio fond birjasında indekslər yüksəldi like
  • 25 Mar 12:02  
İqtisadiyyat Tokio fond birjasında indekslər yüksəldi

“Nikkei” indeksi 8,04%, TOPIX indeksi isə 6,87% yüksəlib

arrow Ətraflı
Fransada karantin müddəti ən azı 6 həftə davam edə bilər like
  • 25 Mar 12:00  
Dünya Fransada karantin müddəti ən azı 6 həftə davam edə bilər

Fransada ciddi və sürətlə yayılan koronavirus epidemiyasından ölənlərin

arrow Ətraflı
Kürdəmir rayonunda qadın itkin düşüb like
  • 25 Mar 11:54  
Sosial Kürdəmir rayonunda qadın itkin düşüb

Göyçay rayonu, Alpout kəndində qeydiyyatda olmaqla, Kürdəmir rayonu, Ataki

arrow Ətraflı
Ermənistanda koronavirusa yoluxanların sayı durmadan artır like
  • 25 Mar 11:42  
Dünya Ermənistanda koronavirusa yoluxanların sayı durmadan artır

Ermənistanda yeni növ koronavirusa yoluxma hallarının sayı 265-ə çatıb

arrow Ətraflı
Koronavirusun yeni ehtimal olunan episentri açıqlandı like
  • 25 Mar 11:42  
Dünya Koronavirusun yeni ehtimal olunan episentri açıqlandı

Koronavirusun yeni ehtimal olunan episentri açıqlanıb.

arrow Ətraflı
Bakı şəhərinin İcra Hakimiyyətləri Fonda 500 min manat keçirdi like
  • 25 Mar 11:41  
Sosial Bakı şəhərinin İcra Hakimiyyətləri Fonda 500 min manat keçirdi

Bakı Şəhər İcra Hakimiyyətində keçirilən operativ müşavirədə paytax

arrow Ətraflı
Kabildə məbədə hücum edildi, ölənlər var like
  • 25 Mar 11:37  
Dünya Kabildə məbədə hücum edildi, ölənlər var

Hücum zamanı Siqhlərin ibadətgahında təxminən 150 nəfərin olduğu qeyd

arrow Ətraflı