Kabildə məbədə hücum edildi, ölənlər var


Dünya 25 Mar 2020 11:37:27 159 0

Kabildə məbədə hücum edildi, ölənlər var

Hücum zamanı Siqhlərin ibadətgahında təxminən 150 nəfərin olduğu qeyd edilir

Əfqanıstanın paytaxtı Kabildə silahlı şəxslər məbədə hücum edib.

“Report” “Sinhua” agentliyinə istinadən xəbər verir ki, yaraqlılar partlayıcı qurğunu partladıblar.

Hücum zamanı Siqhlərin ibadətgahında təxminən 150 nəfərin olduğu qeyd edilir. Son məlumatlara görə, azı 11 nəfər partlayış nəticəsində ölüb.