Karantində olan Aydanın analizlərinin cavabı açıqlandı


Digərləri 25 Mar 2020 11:36:00 165 0

Karantində olan Aydanın analizlərinin cavabı açıqlandı

Xalq rəssamı Tahir Salahovun rəssam qızı Aydan Salahovanın karantin müddəti başa çatıb.

Son.az axşam.az-a istinadən bildirir ki, bu haqda Aydan özü məlumat yayıb. O bildirib ki, analizlərinin cavabı yaxşı olub və onda infeksiya aşkarlanmayıb.

Analizinin cavabını yayımlayan Salahova "Məni evə göndərirlər. Nəhayət... Koronavirus deyiləm. Azadlıq... Xəstə deyildim. İtaliyadan gələndə təyyarədə koronavirusa yoluxan sərnişin var idi" sözlərini yazıb.

Qeyd edək ki, infeksiyanın çox yayıldığı İtaliyadan Moskvaya qayıdan Aydanın özü ilə yanaşı evi və əşyaları da nəzarətə götürülmüşdü.