Mikayıl Cabbarov: "Dövlət çevik və operativ qərarlar qəbul etməyə hazırdır"


Digərləri 25 Mar 2020 11:21:00 47 0

Mikayıl Cabbarov: "Dövlət çevik və operativ qərarlar qəbul etməyə hazırdır"

Koronavirus (COVID-19) pandemiyasının, həmçinin dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların milli iqtisadiyyata mənfi təsirlərinin qiymətləndirilməsi, pandemiyadan zərər çəkməsi ehtimal olunan iqtisadi fəaliyyət sahələrinin müəyyən edilməsi, yaranmış vəziyyətin yaxın və orta müddətlərdə ölkənin biznes mühitinə mənfi təsirinin azaldılması məqsədilə müvafiq təkliflərin hazırlanması üçün yaradılmış İşçi Qrupun iclası keçirilib. İclas videokonfrans formatında aparılıb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, İşçi Qrupun rəhbəri, nazir Mikayıl Cabbarov pandemiyanın qarşısının alınması istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən təxirəsalınmaz tədbirlər barədə məlumat verib. Nazir qeyd edib ki, yaranmış şəraitdə milli iqtisadiyyata bir sıra faktorlar təsir edir. Bu, pandemiyanın bilavasitə təsiri altında dünya iqtisadiyyatında və xarici ticarət əlaqələrində müşahidə olunan durğunluq, dünya enerji bazarlarında neftin qiymətlərində kəskin dalğalanmalar, həmçinin pandemiyanın yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən məhdudlaşdırıcı tədbirlərlə bağlı iqtisadi fəallığın azalmasıdır. Bütün bu amillər bir sıra iqtisadi fəaliyyət sahələrində özünü daha qabarıq göstərir.

Nazir Mikayıl Cabbarov mövcud şəraitdə pandemiyadan ən çox zərər çəkən fəaliyyət sahələrinin, o cümlədən iqtisadi artımı və məşğulluğu formalaşdıran əsas sahələrin müəyyənləşdirilməsi, ölkənin iqtisadi və maliyyə dayanıqlığının gücləndirilməsi, dövlət tərəfindən atıla biləcək addımların və dəstək tədbirlərinin istiqamətlərinin dəqiqləşdirilməsi üçün qısa müddət ərzində İşçi Qrupun intensiv və böyük həcmdə iş aparmalı olduğunu diqqətə çatdırıb. İlkin mərhələdə ən çox mənfi təsirə məruz qalan turizm, otelçilik, ictimai iaşə, əyləncə, nəqliyyat, ticarət və s. kimi, ümumilikdə, təxminən 12 fəaliyyət sahəsi müəyyən edilib.

İqtisadiyyat naziri vurğulayıb ki, dövlət çevik və operativ qərarlar qəbul etməyə hazırdır. Bununla belə, zərər çəkən fəaliyyət sahələrinin dəqiq müəyyən edilməsi üçün, ilk növbədə, aydın və şəffaf qiymətləndirmə meyarları hazırlanmalıdır. Bu meyarlar həm sahəvi, həm də subyektlər üzrə ümumi və spesifik xarakter daşıya bilər.

Videokonfransda ayrı-ayrı sahələrdə yaranmış vəziyyət müzakirə edilib, müxtəlif təkliflər səsləndirilib. Qeyd olunub ki, dəymiş zərərin qiymətləndirilməsi üçün sahibkarlıq subyektlərinin hesabatları və dövlət qurumlarında olan göstəricilərin dərin təhlilinə zərurət var. Bu, həmçinin mart ayı üzrə təqdim olunacaq maliyyə hesabatlarının təhlili ilə müəyyən ediləcək. Hazırda İqtisadiyyat Nazirliyinin bütün strukturları biznes subyektləri, orta və iri biznes, sahibkarların ictimai birlikləri və ixtisaslaşmış assosiasiyalarla görüşlər keçirir.

Müzakirələrdə bildirilib ki, Azərbaycan hökuməti dəstək tədbirlərinin müəyyən edilməsi zamanı, həmçinin yaranmış şəraitdə dövlətin çağırışlarına adekvat cavab verən, iş yerlərinin və əməkhaqqı fondunun azalmasına yol verməyən, fəaliyyətini şəffaf quran və sosial məsuliyyət nümayiş etdirən hüquqi şəxslərə və sahibkarlara üstünlük verəcək. Ölkədə iqtisadi artımın davam etməsinə dəstək göstərilməsi kompleks tədbirlər sistemini əhatə edəcək. Bu, iqtisadiyyatda likvidliyin təmin edilməsi, sahibkarlara vergi güzəştləri və tətillərinin verilməsi, dövlət kreditləşdirmə resurslarının əlçatanlığının asanlaşdırılması, maliyyə bazarlarının sabitliyinin qorunması, ünvanlı dövlət sifarişləri sisteminin tətbiqi və s. kimi istiqamətləri əhatə edəcək.

Daha bir deputat koronavirusa yoluxub like
  • 25 Mar 11:18  
Dünya Daha bir deputat koronavirusa yoluxub

Ukrayna Ali Radasının daha bir deputatı koronavirusa yoluxub.

arrow Ətraflı
Sinqapurda 5 dəqiqəyə koronavirusu aşkar edən test hazırlanıb like
  • 25 Mar 11:12  
Dünya Sinqapurda 5 dəqiqəyə koronavirusu aşkar edən test hazırlanıb

Sinqapur alimləri 5 dəqiqə ərzində koronavirusu aşkarlamağa imkan verən

arrow Ətraflı
Koronavirusdan ən çox mənfi təsirə məruz qalan 12 fəaliyyət sahəsi müəyyən edilib like
  • 25 Mar 11:11  
Sosial Koronavirusdan ən çox mənfi təsirə məruz qalan 12 fəaliyyət sahəsi müəyyən edilib

​Nazir: “Koronavirus pandemiyasından ən çox mənfi təsirə məruz qalan

arrow Ətraflı
BNA Koronavirusla Mübarizə Fonduna 200 min manat köçürdü like
  • 25 Mar 11:06  
Digərləri BNA Koronavirusla Mübarizə Fonduna 200 min manat köçürdü

Bakı Nəqliyyat Agentliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min

arrow Ətraflı
Gürcüstanda koronavirusa yoluxanların sayı like
  • 25 Mar 11:00  
Dünya Gürcüstanda koronavirusa yoluxanların sayı

Gürcüstanda koronavirusa yoluxanların sayı 70 nəfərə çatıb.

arrow Ətraflı
Gürcüstanda koronavirusdan sağalanların sayı 10-a çatıb like
  • 25 Mar 10:54  
Dünya Gürcüstanda koronavirusdan sağalanların sayı 10-a çatıb

Gürcüstanda koronavirus diaqnozu qoyulan daha bir pasiyent sağalıb.

arrow Ətraflı
Vüsal Qasımlı: Xüsusi karantin pandemiyanın yayılma sürətini azaldır like
  • 25 Mar 10:54  
Siyasət Vüsal Qasımlı: Xüsusi karantin pandemiyanın yayılma sürətini azaldır

Azərbaycanda 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-d

arrow Ətraflı
Temperatur və rütubətin artması koronavirusu məhv etməyəcək amma... like
  • 25 Mar 10:48  
Dünya Temperatur və rütubətin artması koronavirusu məhv etməyəcək amma...

Çinli alimlərin apardığı araşdırmalara əsasən, havanın temperaturunun

arrow Ətraflı
BNA Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min manat ianə edib like
  • 25 Mar 10:43  
İqtisadiyyat BNA Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min manat ianə edib

​BNA Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min manat ianə edib

arrow Ətraflı
Qocalar evinə girən polis dəhşətə gəldi like
  • 25 Mar 10:42  
Dünya Qocalar evinə girən polis dəhşətə gəldi

Qocalar Evinə daxil olan polislər yaşlı insanların cansız bədənləri il

arrow Ətraflı
Çində yeni virus  Hantavirus nədir? like
  • 25 Mar 10:36  
Dünya Çində yeni virus Hantavirus nədir?

"Hantaan və ya hanta" adlanan hantavirus Bunyaviridae qrupundakı tə

arrow Ətraflı
Vüsal Qasımlı: “Xüsusi karantin pandemiyanın yayılma sürətini azaldır” like
  • 25 Mar 10:35  
İqtisadiyyat Vüsal Qasımlı: “Xüsusi karantin pandemiyanın yayılma sürətini azaldır”

​Vüsal Qasımlı: “Xüsusi karantin pandemiyanın yayılma sürətini azald

arrow Ətraflı
Özbəkistanda yeni koronavirusa yoluxma halları aşkarlanıb like
  • 25 Mar 10:31  
Dünya Özbəkistanda yeni koronavirusa yoluxma halları aşkarlanıb

Özbəkistanda daha 5 nəfərdə yeni növ koronavirus aşkar edilib

arrow Ətraflı
Mineral suların koronavirusa qarşı faydası varmı? like
  • 25 Mar 10:30  
Digərləri Mineral suların koronavirusa qarşı faydası varmı?

Mineral sular bədənin xəstəliklərə qarşı immunitetinin güclənməsinə

arrow Ətraflı
Gürcüstanda koronavirusa yoluxanların sayı artdı like
  • 25 Mar 10:26  
Sosial Gürcüstanda koronavirusa yoluxanların sayı artdı

Gürcüstanda koronavirus yoluxma hallarının sayı 73-ə çatıb.

arrow Ətraflı