ABŞ tarixinin ən böyük yardımını ayırdı: 6 trilyon


Dünya 25 Mar 2020 11:24:00 144 0

ABŞ tarixinin ən böyük yardımını ayırdı: 6 trilyon

ABŞ-ın koronavirusa qarşı mübarizədə maliyyə yardımı ümumilikdə 6 trilyon dollar olacaq.

Son.az xəbər verir ki, axar.az-ın məlumatına görə bu sözləri ABŞ Prezidentinin iqtisadi məsələlər üzrə müşaviri Larri Kudlou deyib.

O bildirib ki, iki trilyon birbaşa yardımdır, 4 trilyon isə Federal Ehtiyatlar Sistemindən kredit şəklində veriləcək.

Onun sözlərinə görə, bu, ABŞ tarixində vətəndaşlara göstərilən ən böyük dəstəkdir. Bu vəsait işsizlərə, ailələrə və fərdi sahibkarlara ayrılacaq.