Sinqapurda 5 dəqiqəyə koronavirusu aşkar edən test hazırlanıb


Dünya 25 Mar 2020 11:12:00 167 0

Sinqapurda 5 dəqiqəyə koronavirusu aşkar edən test hazırlanıb

Sinqapur alimləri 5 dəqiqə ərzində koronavirusu aşkarlamağa imkan verən ekspress test hazırlayıblar.

Son.az-ın APA-ya istinadən məlumatına görə, İnkişafı Elm, Texnologiya və Tədqiqatlar Agentliyinin əməkdaşları tərəfindən ixtira edilən test "Cepat" adlandırılıb.

Laboratoriyanın müdiri professor Ceki İn açıqlamasında bildirib ki, "Cepat" testinin kütləvi istifadəsi üçün bir ay ərzində lisenziyanın alınacağını gözləyirlər.

Onun sözlərinə görə, tədqiqatların yüksək dəqiqliyinə tam əmindirlər:  "Dövlət xəstəxanalarından birində aparılan klinik tədqiqatlar bunu deməyə əsas verir. Lisenziya alındıqdan sonra testlər yalnız xəstəxanalarda deyil, bütün klinikalarda aparılacaq".