Temperatur və rütubətin artması koronavirusu məhv etməyəcək amma...


Dünya 25 Mar 2020 10:48:00 167 0

Temperatur və rütubətin artması koronavirusu məhv etməyəcək amma...

Çinli alimlərin apardığı araşdırmalara əsasən, havanın temperaturunun və rütubətin artması ilə koronavirusun yayılması azalacaq.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Hürriyet" yazıb.

Alimlər qeyd edirlər ki, havanın temperaturunun bir dərəcə artması belə virusun yayılma riskini azaldacaq. Lakin risk sıfıra enməyəcək. Riskin aşağı düşməsinə hava şəraiti düzəldikcə insan orqanizminin immunitet sisteminin yaxşılaşması da təsir göstərəcək.

Alimlər sözügedən təsirləri öyrənə bilmək üçün Çində ən azı 40 koronavirusa yoluxma halının qeydə alındığı 100 şəhərdə araşdırma aparıb. Araşdırma hər koronavirus xəstəsinin orta hesabla 2 nəfərə xəstəlik yaydığını üzə çıxarıb.