Vüsal Qasımlı: “Xüsusi karantin pandemiyanın yayılma sürətini azaldır”


İqtisadiyyat 25 Mar 2020 10:35:27 61 0

Vüsal Qasımlı: “Xüsusi karantin pandemiyanın yayılma sürətini azaldır”

​Vüsal Qasımlı: “Xüsusi karantin pandemiyanın yayılma sürətini azaldır”

© Report

Azərbaycanda 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilib.

“Report”un məlumatına görə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı xüsusi karantin rejiminin böyük əhəmiyyət daşıdığını bildirib:

“Dünya üzrə riyazi modelləşdirmə onu göstərir ki, sərt izolyasiya və gigiyenik tədbirlər görülməyəndə koronavirusa yoluxan bir şəxs orta hesabla 2-3 nəfəri yoluxdurur. Bəzi ölkələrdə koronovirusun yayılmasının böyük sürəti də bununla bağlıdı. Çində ilk vaxtlar epidemiya hər 6,4 gündə iki dəfə arealını genişləndirmişdi. Amma riyazi modelləşdirmə göstərir ki, yoluxma səviyyəsinin 25-50% aşağı salınması xəstəliyin yayılmasını əhəmiyyətli dərəcədə azalda bilər. Yoluxmanın 63%-dən çox azalması isə pandemiyanın səngiməsinə səbəb ola bilər. Yoluxmanı azaltmaq üçün də sosial izolyasiya əsas şərtdir və Azərbaycanda xüsusi karantin qaydalarına ciddi əməl edilməsi hər birimizin sosial məsuliyyətidir.Yalnız sosial izolyasiya yoluxmanın qarşısını almağa və vəziyyəti nəzarətdə saxlamağa imkan verə bilər.”

V. Qasımlı bildirir ki, bütün dünyada baza reproduktiv kəmiyyəti, yəni koronovirusa yoluxmuş insanların özündən başqa daha neçə insanı yoluxdurması göstəricisi nəzarətə götürülür. Başqa ölkələrdə olduğu kimi Azərbaycanın da səhiyyə sisteminin bəlli bir “kritik gücü” var. Bu gün ölkəmizdə əhalinin hər 10 min nəfərinə 33 həkim, 54 orta tibb işçisi və 45 çarpayı düşür. Azərbaycan höküməti xüsusi karantin tətbiq etməklə pandemiyanın baza reproduktiv göstəricisini aşağı salmağa və vəziyyətə tam nəzarəti həyata keçirməyə çalışır və buna müvəffəq olur. Xüsusi karantin “koronavirus əyrisi”ni “ütüləməyə” və vəziyyəti nəzarətdə saxlamağa imkan verir. Düzdür, sosial izolyasiya, qlobal şoklar və aşağı neft qiymətləri şəraitində iqtisadi itkilər qaçılmazdır. Amma indiki halda sosial izolyasiyadan doğan itkilər pandemiyanın səhiyyə sisteminin nəzarətindən çıxmasından yarana biləcək fəsadlarla müqayisədə dəfələrlə aşağıdır. Buna görə də xüsusi karantin tələblərinə anlayışla yanaşılmalı və əməl edilməlidir. Karantin nə qədər əvvəl olsa, bir o qədər də effektiv sayılır və sonrakı günlərdə yoluxma sayını daha çox azaldır. İqtisadi itkiləri zamanla bərpa etmək olacaq, buna görə də əsas Azərbaycan insanını qorumalıyıq.

Özbəkistanda yeni koronavirusa yoluxma halları aşkarlanıb like
  • 25 Mar 10:31  
Dünya Özbəkistanda yeni koronavirusa yoluxma halları aşkarlanıb

Özbəkistanda daha 5 nəfərdə yeni növ koronavirus aşkar edilib

arrow Ətraflı
Mineral suların koronavirusa qarşı faydası varmı? like
  • 25 Mar 10:30  
Digərləri Mineral suların koronavirusa qarşı faydası varmı?

Mineral sular bədənin xəstəliklərə qarşı immunitetinin güclənməsinə

arrow Ətraflı
Gürcüstanda koronavirusa yoluxanların sayı artdı like
  • 25 Mar 10:26  
Sosial Gürcüstanda koronavirusa yoluxanların sayı artdı

Gürcüstanda koronavirus yoluxma hallarının sayı 73-ə çatıb.

arrow Ətraflı
Azərbaycanda elektrik enerjisi istehsalı 4%-dən çox artıb like
  • 25 Mar 10:24  
İqtisadiyyat Azərbaycanda elektrik enerjisi istehsalı 4%-dən çox artıb

​Azərbaycanda elektrik enerjisi istehsalı 4%-dən çox artıb

arrow Ətraflı
Karantin günlərində pozitivə necə köklənək? like
  • 25 Mar 10:18  
Digərləri Karantin günlərində pozitivə necə köklənək?

Sizə pozitiv təsir etməyən informasiyaları oxumağa və ya onlara baxmağa

arrow Ətraflı
Vüqar Bayramov: "Azərbaycanda iqtisadi artım daha çox qeyrineft sektorunun hesabına baş verir" like
  • 25 Mar 10:12  
Digərləri Vüqar Bayramov: "Azərbaycanda iqtisadi artım daha çox qeyrineft sektorunun hesabına baş verir"

2020-ci ilin iki ayının yekunları onu göstərir ki, Azərbaycanda iqtisadi a

arrow Ətraflı
Bakı Media Mərkəzi koronavirusla bağlı yeni videoçarxlar hazırladı like
  • 25 Mar 10:09  
Digərləri Bakı Media Mərkəzi koronavirusla bağlı yeni videoçarxlar hazırladı

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və

arrow Ətraflı
Koronavirusun kəskin yayıldığı kruiz layneri dezinfeksiya edildi like
  • 25 Mar 10:08  
Dünya Koronavirusun kəskin yayıldığı kruiz layneri dezinfeksiya edildi

ABŞ-ın kruiz gəmisi bu gün Yaponiyanın Yokohama limanını tərk edəcək

arrow Ətraflı
İran bu gündən bioloji silahdan müdafiə manevrlərinə başlayır like
  • 25 Mar 10:06  
Dünya İran bu gündən bioloji silahdan müdafiə manevrlərinə başlayır

İranda koronavirusa yoluxanların sayı 24 min 811-ə çatıb.

arrow Ətraflı
Siyasi marionetlərin maskaları yırtılır like
  • 25 Mar 10:00  
Siyasət Siyasi marionetlərin maskaları yırtılır

COVİD-19 koronavirusu dünyada tüğyan edir. Ərazisindən, əhalisindən, iqt

arrow Ətraflı
Azərbaycan avtomobil istehsalını 2,7 dəfə artırıb like
  • 25 Mar 09:57  
İqtisadiyyat Azərbaycan avtomobil istehsalını 2,7 dəfə artırıb

​Azərbaycan avtomobil istehsalını 2,7 dəfə artırıb

arrow Ətraflı
Cəlilabad İcra Hakimiyyəti Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib like
  • 25 Mar 09:55  
Sosial Cəlilabad İcra Hakimiyyəti Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib

Cəlilabad rayon İcra Hakimiyyətinin kollektivi də Prezident İlham Əliyevin

arrow Ətraflı
Avtobus sürücüləri karantin dövründə sərnişinləri daşımaqdan imtina ediblər? like
  • 25 Mar 09:54  
Digərləri Avtobus sürücüləri karantin dövründə sərnişinləri daşımaqdan imtina ediblər?

Xüsusi karantin rejimi dövründə xidmətinə məhdudiyyət qoyulmayan avtobus

arrow Ətraflı