İran bu gündən bioloji silahdan müdafiə manevrlərinə başlayır


Dünya 25 Mar 2020 10:06:00 116 0

İran bu gündən bioloji silahdan müdafiə manevrlərinə başlayır

İranda koronavirusa yoluxanların sayı 24 min 811-ə çatıb.

Son.az virtualaz.org-a istinadla bildirir ki, bu barədə İranın Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumatda o da xatırladılıb ki, koronavirusdan ölənlərin sayı isə 1934-ə yüksəlib.

Bu arada Səhiyyə nazirinin müavini Əlirza Rəisi jurnalistlərə bildirib ki, 12 elmi tədqiqat mərkəzində yeni virusa qarşı vaksinin yaradılması istiqamətində alimlər iş aparırlar. Onun sözlərinə görə, iranlı alimlər yeni təkliflərlə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən aparılan tədqiqatlara qoşulacaqlar.

İran Prezidenti isə bir daha bəyan edib ki, ABŞ-ın sanksiyaları virusla mübarizə aparmaq imkanlarını məhdudlaşdırır. Prezident bildirib ki, İran bir tərəfdən koronovirusla, digər tərəfdən isə sanksiyalarla mübarizə aparır.