Azərbaycanda kompüter istehsalı artıb


Digərləri 25 Mar 2020 09:42:00 138 0

Azərbaycanda kompüter istehsalı artıb

2020-ci ilin yanvar-fevral aylarında Azərbaycanda kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 33,8 milyon manatlıq məhsul istehsal olunub.

Son.az Trend-ə istinadən bildirir ki, əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 5,7 dəfə artıb.

Dövr ərzində əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə avtomatik tənzimləmə və idarəetmə üçün cihaz və aparatların istehsalı 14,1 dəfə, 1000 V-dək gərginlik üçün hesablanmış elektrik cərəyanı naqilləri isə 2,4 dəfə artıb.