Salyanda ev yanıb


Digərləri 25 Mar 2020 08:59:00 175 0

Salyanda ev yanıb

Salyan rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, rayonun Birinci Varlı kəndində ümumi sahəsi 140 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.