Gürcüstanda koronavirusla əlaqədar karantinə yerləşdirilənlərin sayı 4 mini keçib


Dünya 25 Mar 2020 08:15:00 134 0

Gürcüstanda koronavirusla əlaqədar karantinə yerləşdirilənlərin sayı 4 mini keçib

Gürcüstanda koronavirusla əlaqədar karantinə yerləşdirilənlərin sayı 4055 nəfərə çatıb. Daha 255 nəfər stasionar nəzarətdədir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, koronavirusa yoluxanların 9-u sağalıb.

Məlumat üçün qeyd edək ki, Gürcüstan hökuməti koronavirusla mübarizə fondu yaradıb. Fondda 5 milyon lari, təxminən 1,47 milyon dollar vəsait toplanıb.