İNANILMAZ: 2005ci ildə nəşr olunan kitabda koronavirus barədə yazılıb


Digərləri 25 Mar 2020 07:59:00 382 0

İNANILMAZ: 2005ci ildə nəşr olunan kitabda koronavirus barədə yazılıb

Son.az bildirir ki, 2005-ci ildə amerikalı Silviya Braun və Lindsey Harrisonun birgə yazdığı "Kəhanətlər" kitabı dünya mediasının gündəmini zəbt edib. Məsələ burasındadır ki, kitabın 210-cu səhifəsində 2020-ci ildə ölümcül xəstəliyin dünyanı təsiri altına alacağına dair qeydlər var:

"2020-ci illərdə ağciyərlərə və bronxlara ciddi şəkildə təsir edən, müalicəyə qarşı ciddi müqavimət göstərən sətəlcəmə bənzər xəstəlik meydana çıxacaq. Tibbi maskalar və plastik əlcəklər geyinən insanlarla rastlaşacağıq. Xəstəlik haqqında ən qəribə hal odur ki, bir qış boyunca dünyanı panika altında saxlayacaq, sonra isə anidən yoxa çıxacaq. 10 il sonra yenidən peyda olacaq və yenə anidən yoxa çıxacaq". (publika.az)