Bu yeməkləri əsla sifariş verməyin Məşhur professordan CİDDİ XƏBƏRDARLIQ


Digərləri 25 Mar 2020 07:22:00 132 0

Bu yeməkləri əsla sifariş verməyin  Məşhur professordan CİDDİ XƏBƏRDARLIQ

Türkiyənin Yoluxucu Xəstəliklər Dərnəyinin rəhbəri, professor Məmməd Ceyhan "Hürriyət"in suallarını cavablandırıb.

Son.az xəbər verir ki, həkim gündəlik həyatda insanların özlərini viruslardan qorumaq üçün zəruri izolyasiya tədbirləri barədə vacib məqamlara aydınlıq gətirib.

- Pul virus baxımından nə qədər risklidir?

- Pul pambıq və kətandan hazırlanır. Tərkibi və quruluşuna görə virusların, bakteriyaların sığınması və yayılması üçün idealdır. Əl təması çox sayda insan tərəfindən reallaşdırıldığı üçün risk böyükdür. Virusun ötürülmə potensialı yüksəkdir. Nağd pul və kart arasında seçim etməli olsanız, kartı seçin. Şəxsi istifadədə olduğundan ən etibarlı təmassız ödəniş modelidir.

- Ayaqqabı ilə bağlı hansı tədbiri görməliyik?

- Ayaqqabı evə virus gətirə bilər. Ancaq bu virus evdə öz-özünə ötürülmür. Ailədə uşaq varsa, ayaqqabılarınızı onların əllərinin çata bilməyəcəyi yerə qoymalısınız. Ayağınızdan çıxardıqdan sonra isə əllərinizi mütləq şəkildə yumalısınız. Ayaqqabı ilə təmasda olmadığınız təqdirdə, üzərində virus varsa belə havada dövriyyəyə girmir, nə də yayılmır.

- Karqo məhsullarını necə təslim almalıyıq?

- Pəncərəsi açıq olan eyvanda azı 6-8 saat saxladıqdan sonra açmanızı tövsiyə edirəm.

- Duzlu su ilə qarqaranın virusdan qorunmağa faydası varmı?

- Heç bir faydası yoxdur. Təkcə duzlu su yox, həmçinin, qaynar su qəbul etmək, ya da saç qurutma cihazını boğaza tutmaq və bu kimi bir çox tətbiq metodları faydasızdır. Xüsusilə duzlu su ürək və böyrək çatışmazlığı olanlar üçün risklidir.

- Yeməkdən virus keçə bilərmi?