Rusiya Xəzər suitilərini "Qırmızı kitab"a daxil edəcək


Dünya 25 Mar 2020 07:11:00 125 0

Rusiya Xəzər suitilərini "Qırmızı kitab"a daxil edəcək

Rusiya Xəzər suitilərini "Qırmızı kitab"a daxil edəcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Rusiya Təbii Ehtiyatlar və Ekologiya Nazirliyinin nadir və kökü kəsilməkdə olan heyvan və bitkilər üzrə komissiyası belə qərar qəbul edib.

Nazirlikdən bildiriblər ki, hazırda Xəzərdə 70 minə yaxın suiti qalıb. Bu heyvanların sayının getdikcə azalması müşahidə olunur.

Qeyd edək ki, Azərbaycan və Türkmənistan Xəzər suitilərini artıq "Qırmızı kitab"larına daxil ediblər.