Çexiya koronavirusa görə hərbi büdcəsini azaltdı


Dünya 25 Mar 2020 05:15:00 142 0

Çexiya koronavirusa görə hərbi büdcəsini azaltdı

Çexiya Müdafiə Nazirliyi 2020-ci il üçün nəzərdə tutulan büdcəsini 2,9 milyard kron həcmində (təxminən 126 milyon ABŞ dolları) azaldacaq.

Çexiya Müdafiə Nazirliyi 2020-ci il üçün nəzərdə tutulan büdcəsini 2,9 milyard kron həcmində (təxminən 126 milyon ABŞ dolları) azaldacaq.

“Report” “RİA Novosti” yə istinadən xəbər verir ki, bunu Çexiyanın müdafiə naziri Lubomir Metnar deyib. Onun sözlərinə görə, buna səbəb hökümətin koronavirusla mübarizsinə dəstək verməkdir:

“Müdafiə Nazirliyinin bu il üçün 75,5 milyard kron (təxminən 3.3 milyard ABŞ dolları) büdcəsi var, ancaq koronavirus pandemiyası səbəbiylə 2.9 milyard kron azalacaq.

Bu, nazirliyin dövlətə olan mümkün dəstəyidir. Vəsaitin azalması əsas modernləşdirmə vəzifələrinə təsir göstərməyəcək. Ordunun yeni silahlarla təchizatı davam etməlidir”.

Hazırda Çexiya ordusunun büdcəsi ÜDM-in təxminən 1,3% -ni təşkil edir.