Norveçdə işsizlik 10 faizdən çox artdı


Dünya 25 Mar 2020 03:17:00 160 0

Norveçdə işsizlik 10 faizdən çox artdı

Norveçdə işsizlik nisbəti böyük və kiçik müəssisələrin əməkdaşlarını işdən kənarlaşdırması səbəbindən sürətlə artır.

Norveçdə işsizlik nisbəti böyük və kiçik müəssisələrin əməkdaşlarını işdən kənarlaşdırması səbəbindən sürətlə artır.

“Report” “RİA Novosti” yə istinadən xəbər verir ki, bu barədə Norveç Əmək İdarəsinin məlumatlarına istinadən “NRK” televiziya və radio şirkəti məlumat yayıb.

“Çərşənbə axşamı günü 291 min insan işsiz olaraq qeydiyyata alınıb. Bu, Norveçdəki ümumi işçi qüvvəsinin 10,4% -ni təşkil edir. İkinci Dünya Müharibəsindən bəri Norveçdə ən yüksək işsizlik səviyyəsidir.

Son bir həftə ərzində işsizlərin sayın iki dəfə artıb. Bu, koronavirusun yayılmasının qarşısını almaq üçün görülən tədbirlərin nəticəsidir”-deyə, Norveç Əmək İdarəsinin direktoru Siqrun Voqenq bildirib.