Çadda terrorçuların hücumu nəticəsində 92 hərbçi ölüb


Dünya 25 Mar 2020 02:39:38 139 0

Çadda terrorçuların hücumu nəticəsində 92 hərbçi ölüb

Çadın qərbində “Boko Haram” terror qruplaşmasının hücumu nəticəsində 92 hərbçi qətlə yetirilib.

Çadın qərbində “Boko Haram” terror qruplaşmasının hücumu nəticəsində 92 hərbçi qətlə yetirilib.

“Report” xəbər verir ki, bu barədə “France-Presse” ölkə prezidentinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, hadisə Çad gölünün ətrafında Niger, Nigeriya və Kamerunla sərhəddə qeydə alınıb:

“92 hərbi qulluqçumuzu, çavuşumuzu və zabitimizi itirdik. İlk dəfə belə böyük itkilər verdik”,deyə prezident İdriss Debi İtno bildirib.